Nə üçün uşaqlar yatarkən üstlərini tez-tez açır? - Anaların NƏZƏRİNƏ
Üşüməsin deyə uşağın üstünü çoxlu örtmək ona rahatlıqdan çox narahat boğucu hiss gətirir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Uşaq Sağlığı və xəstəlikləri uzmanı Hülya Çarman bildirib. Onun sözlərinə görə, uşağın üstü açılıb deyə analar narahat olmasın. əvəzində körpənin həddən artıq tərləməsi və çox qalın örtüyə görə öskürəyinə fikir versələr daha yaxşı olar. Əgər uşaq üstünü tez-tez açırsa deməli, həddən artıq örtmüsünüz.
Həkim bildirib ki, körpələr yetişkin insanlara nisbətən gecələr daha az üşümə hissinə malikdir.
Yorğan üstündən adyal atmağın uşağa heç bir faydası yoxdur. Əksinə bu onun orqanizminin havaya qarşı dayanıqlılığını azaldacaq.
Körpələr üçün ideal otaq temperaturu 20-24 dərəcə arasında dəyişir. Yeni doğulan uşaqlar üçün 22-24 dərəcə, 6 aydan böyük uşaqlar üçün isə 20-21 dərəcə səviyyəsi normaldır.
Doktor qışda digər fəsillərə nisbətən uşaqların immunitet sisteminin daha həssas olduğunu bildirib. Buna görə onların qidalanmasına,vitamin və minerallarla zəngin meyvə-tərəvəz yeməsinə, düzgün yuxu rejiminə diqqət edilməlidir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir