Necə qidalansaq, mədəmiz də bayram edər?

Necə qidalansaq, mədəmiz də bayram edər?Baharın gəlişinin rəmzi olan Novruz bayramının süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatsız, çərəzlərsiz təsəvvür etmək mümkün deyil. Amma bu süfrəsini zənginləşdirməyə çalışarkən qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilər. Üstəlik, bu il Novruz bayramı Ramazan ayına təsadüf edir. Uzun müddət ac qaldıqdan sonra adama gəl-gəl deyən bayram şirniyyatı, plov, kabab və digər kalorili milli yeməklərdən imtina etmək də bir qədər çətin görünür.
Bəs Novruz bayramında necə qidalanmalıyıq?
Milli.Az xəbər verir ki, məşqçi Vladislav Kravçenko Oxu.Az-a açıqlamasında bildirib ki, hər bir məhsulun öz kalorisi var:
"Qida istifadəsi balanslı olmalıdır. Yemək qəbulunda müəyyən həddi gözləmək şərtdir. Novruz bayramında insanların orqanizmi böyük miqdarda şəkərlə yüklənir. Biz elə düşünürük ki, bayramda iki-üç kiloqram artıq çəki alacağıq və sonradan bundan asanlıqla qurtulacağıq.
Artıq çəkidən azad olmaq mümkündür, amma həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır. Ona görə də süfrəyə düzülən yeməklərə mütləq diqqət edilməlidir".
Məşqçi deyir ki, oruc tutanlar yeməkləri balanslı, planlı şəkildə yeməlidirlər:
"İftar açan zaman zeytun yağı ilə olan salat, yüngül yeməklər yeyilməlidir. Məsələn, mayonezli salatdan uzaq durmaq lazımdır. Hazırlanan salatın mayonezini qatıqdan düzəldilən sousla əvəz etmək olar. Çalışmaq lazımdır ki, kalorili yeməkləri eyni gündə qəbul etməyəsiniz. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzm olunmasını asanlaşdırır.
Fərqli ləzzətləri sınamaq istəyirsinizsə, qidaları az miqdarda qəbul etmək lazımdır. Eyni zamanda, yağlı yemək və şirniyyatı eyni vaxtda qəbul etmək olmaz. Çünki nəticədə mədənizdə ağır yüklənmə yaranar, fəsadları daha pis olar. Şirniyyatdan istifadə edəcəyiniz vaxt qızardılmış məhsuldan imtina edin. Hər gün şirniyyat yemək orqanizm üçün doğru deyil. Şirniyyatı qara çayla içmək məsləhət deyil. Bayram günlərində bitki çaylarına, üstünlük verilməsi daha yaxşı olar".
O vurğulayıb ki, mayenin düzgün qəbul edilməsi də vacib şərtdir:
"Davamlı olaraq suyun qəbulu lazım olduğundan artıq yeməyin qarşısını alır. Amma yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil. Yeməkdən yarım saat əvvəl ilıq su içilməsi məsləhətdir. Düzgün qidalanmanın əsas şərtlərindən biri yeməyi ləng yeməkdir. Bu, doyma hissini yaradır və artıq qida qəbulunun qarşısı alınır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1122   Tarix: 24 mart 2024
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qadin sayti geymler 2026 makiyaj etmek qaydalari gözəl qadin 2026 un geyimleri yaşıl çay pnevmoniya xesteliyi kosmetika novruz bayramına aid hakıştalar sevgi terezi oglan evi uşaq şeirləri