Nəfəsdən Səidəyə cavab: 'Sizə də ilk pulları qazandıran yerlərin kafelər olduğunu unutmayın
"Əslində nə Səidə xanım məni yaxından tanıyır, nə də mən onu. Sadəcə "salam, sağol"umuz olub".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni Nəfəs Məmmədli "Space star" verilişinə müsahibəsində deyib.
Səidənin fikirləri ilə razılaşmayan Nəfəs, onun tənqidlərinə cavab verib:
"Mənim mahnılarım yəqin ki, kafe mahnılarıdır… Bizim mahnıları küçümsəmək lazım deyil. Mən o mahnılarla pul qazanıramsa, deməli onlar sevilir. İnsanlar bu mahnılarla xoşbəxt olub, oynayırlar. Kafe dediyiniz yerə insanlar ailəvi gedirlər. Oranı niyə pis adlandırırsınız ki? Sizə də ilk pulları qazandıran yerlərin kafelər olduğunu unutmayın. Bütün müğənnilər oradan başlayır, hamı oradan çıxıb".
Xatırladaq ki, Səidə Sultan bir müddət öncə Nəfəs və onunla eyni janrda oxuyan ifaçıları tənqid edərək onları kafe müğənniləri adlandırmışdı.
Aysel









Dünyanın ən gözəl qadını seçildi
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi