Nigar Camal: "Elə kişi yoxdur" - FOTOLAR

Nigar Camal bu dünyada onu ən çox qeyri-səmimi və riyakar insanların narahat etdiyini bildirib.
Publika.az-ın "Üç nöqtə" layihəsinin suallarını bu həftə cazibədar müğənni cavablandırıb.
- İndiki ağlım olsaydı...
- İndiki ağlım olsaydı, vaxtı ilə dalımca qaçan, indi isə özünü dartan adamları yaxına buraxmazdım.
- Zəmanət verə bilərəm ki...
- Həmişə nömrə bir qalacam.
- Söz verirəm ki...
- Əvvəlki səhvləri bir də buraxmayacam.
- Dünyanı dəyişə bilsəydim...
- Çox istərdim ki, insanlar daha səmimi olsun.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Elə kişi yoxdur, onlar həmişə xəyanət edir.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Özünü sevmək. Özünü sevən qadını başqaları da sevəcək və hörmət edəcək. Ümumiyyətlə, özünəhörmət çox vacib xüsusiyyətdir. Heç kimə görə alçalmağa dəyməz.
- Qadınlar yaşını ona görə, gizlədir ki...
- Maraqlıdır ki, İngiltərədə heç kəs öz yaşını gizlətmir. Xaricilərdə yaşla bağlı kompleks yoxdur, əksinə bununla zarafat edirlər. Təəssüf ki, bu problem bizdə daha çox rast gəlinir. Bizdə qadınlar 30 yaşdan sonra yaşlı xalalar kimi xalatda gəzməyə alşıblar. Heç mənim də yaşla bağlı kompleksim yoxdur. Həmçinin qürur duyuram ki, öz yaşımı göstərimirəm. 35 yaşındayam, amma yaşımın qadını deyiləm. Cavan qalmaq üçün özümə qulluq edirəm.
- Qızlarıma məsləhət verirəm ki...
- İlk növbədə ağıllı olsunlar və nə baş verməsindən asılı olmayaraq mən hər zaman onların yayındayam.
- Təəssüf edirəm ki...
- Səmimi insanlar az qalıb, riyakarlar daha çoxdur.
- Qadına qarşı şiddət...
- Anormal haldır. Elə qadınlar da var ki, döyülmək üçün özləri şərait yaradır. Buna da pis baxıram.
- Məşhur yazıçı Albert Kamyu deyir ki, "Bir insanın təkbaşına xoşbəxt olması utanılası bir işdir". Sizcə, gözəl qadın üçün tənhalıq utanc və lənətdir, yoxsa...
- Qətiyyən, təklik rahatlıq və azadlıqdır.
- Vicdanım haqqı...
- Dediklərimdə tam səmimiyəm.
- Yaxşı gündə, pis gündə...
- Doğmalarım həmişə yanımda olsun.
- Vanqa nənə ilə görüşsəydim...
- Görüşmək istəməzdim, gələcəklə bağlı məsələlər məni maraqlandırmır.
- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...
- Əgər insan həyatımdan gedirsə, mən o insanı silirəm. Keçmişlə yaşayan insan deyiləm, xatirələri unuda bilirəm. Bu, insana əzab verir.
- Bəşəriyyətin gələcəyi barədə düşünəndə...
- Çox istərdim ki, müharibələr bitsin. Dünyanın, uşaqların, ümumiyyətlə, hər kəsin buna ehtiyacı var və xoşbəxt yaşamağa layiqdir.
- Günahlarım yadıma düşəndə...
- Heç yadıma düşmür ki? Həm də bağışlanmaz günahlarım olduğunu düşünmürəm. Səhv edəndə dərin peşmançılıq hissi keçirmirəm, onsuz da heç nəyi geri qaytarmaq mümkün deyil. Bəziləri kimi özümü öldürmək kimi fikirlərə də qapılmıram.
- Xəcalət çəkirəm ki...
- Həyatım boyu xəcalət çəkməmişəm, xasiyyətim fərqlidir.
Nigar Camal: "Elə kişi yoxdur" - FOTOLARNigar Camal: "Elə kişi yoxdur" - FOTOLARNigar Camal: "Elə kişi yoxdur" - FOTOLARNigar Camal: "Elə kişi yoxdur" - FOTOLAR

Xəbərlər     Baxılıb: 2180   Tarix: 02 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

turlar.az

qadin sayti geyim şəkilləri maskalar əməliyyatlar maraqli sekiller vətən haqqında inşa ana südü artırmaq kosmetika qaynana vidyolar efsaneler gunay vətənə aid bayatı