Nigar Camal yol polisini BİABIR ELƏDİ: "Çox qudurublar, susmaq istəmirəm"

Nigar Camal yol polisini BİABIR ELƏDİ: "Çox qudurublar, susmaq istəmirəm""Eurovision 2011" qalibi Nigar Camal Dövlət Yol Polisi əməkdaşlarını tənqid edib.

Axşam.az-ın məlumatına görə, müğənni sosial şəbəkədə bunları yazıb:

"DYP – axır zamanlar çox qudurublar. Daha susmaq istəmirəm. İdeal olmasam da həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə maşın sürmək mümkün deyil. Yolda "inomarka" görən kimi arxasınca sürüb saxlatdırırlar. Birinci kobud formada kəmərə ilişirlər. Sonra da spirtli içkiyə. Əmin edirsən ki, spirtli içki qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı meydançaya götürməliyik. "Cərimənizi ödəyin" demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər. Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən".

N.Camal polislərin ona şər atdığını söyləyib:

"Səhər yenə saxlayırlar. Düşündük ki, yenə kəmərə ilişəcəklər. Amma bu dəfə qəsdən deyir ki, telefonla danışırdız. Soruşuram ki, siz telefonu harda gördüz? Deyir ki, əlinizdə tutmusuz. Telefonun arxa oturacaqda çantamda olduğunu göstərirəm. Çarəsiz qalanda da deyir ki, "Bəs siz polisin "saxla" əmrinə vaxtında əməl etməmisiz". Kəmər, telefon, indi də sizin "müqəddəs taxta"nız? İzah edirəm ki, yolda maşın onsuz da çoxdu, mən diqqətimi sizin sifətinizə yox, yola yönəltməyə çalışıram. 100 manat cərimə yazmaq istəyəndə də deyirəm ki, bayaqdan sizi kamera çəkirdi. Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat. Məni də xoşluqla buraxdılar".

Müğənni daha sonra paylaşımını silib.

Xəbərlər     Baxılıb: 2062   Tarix: 19 iyun 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI

"Autizm sindromlu uşaqlarda sosial ünsiyyət pozğunluqları, beynin səsli informasiyalarının çətinliklə qavranılmaması, sensor həssaslığının həddindən artıq yüklənməsi və ünsiyyət üçün motivasiyanın olmaması səbəbində

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Oturaq işlə məşğul olanların sağlamlığı təhlükədədir

Oturaq həyat tərzi ilə çalışan insanlar üçün sağlamlığın qorunması mühüm məsələ olaraq qalır. Mütəxəssislər bildirirlər ki, uzun müddət hərəkətsiz qalmaq həm onurğa problemlərinə, həm də ümumi fiziki zəifliyə səbəb ola bilər

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

turlar.az

geyim şəkilləri maskalar makiyaj etmek qaydalari soz ehtiyati artirmaq yeməklər türk mətbəxi seksual fotolar kosmetika brusell bakteriyası mekteb vetene aid bayatilar muellim seiri olumu