Niyə milçəklər pəncələrini bir-birinə sürtür?

Niyə milçəklər pəncələrini bir-birinə sürtür?Hamıya məlumdur ki, uçan həşəratların çoxu hamar şaquli səthdə belə asanlıqla hərəkət edə bilir. Sanki fizika qanunlarına zidd gedərək milçəklər güzgüyə, pəncərəyə, hətta tavana qonaraq özlərindən sonra qəhvəyi iz buraxırlar. Onlar bunu necə bacarırlar? Yoxsa Yerin cazibə qüvvəsi milçəklərə təsir etmir?
Milli.Az xpressa.net-ə istinadən bildirir ki, cazibə qüvvəsi yer səthində və ya atmosferdə olan bütün canlı və cansız obyektlərə təsir edir. Milçəklər bu baxımdan istisna deyil. Məsələ ondadır ki, milçəyin pəncələri xırda tükcüklərlə örtülüb. Onlar kimyəvi tərkibinə görə yağa oxşar xüsusi yapışqan maye ifraz edirlər. Məhz uçan həşəratların orqanizmində bu cür təbii yapışqanın olması onların ən çətin yerlərə maneəsiz keçməsinə imkan yaradır.
İnsanlar ilk dəfə alpinist ləvazimatı olmadan şaquli səthlərdə hərəkət etmək üçün kostyum yaradarkən heyvanların bu qeyri-adi xüsusiyyəti ilə tanış olublar. Lakin əlləri və ayaqlarında  yapışqan kağızların bərkidildiyi belə bir kostyumun ilk prototipi kütləvi istehsal üçün çox ağır olub.
Təbiətdə milçəklərin sağ qalmasına kömək edən təbii yapışqanın bir mənfi cəhəti var: maddə tez bir zamanda toz və çirklə örtülərək yapışqan xüsusiyyətini itirir. Yapışqan maddə olmayanda milçəklər hətta üfüqi səthdə hərəkət edə bilməyən, aciz canlıya çevrildikləri üçün onlar bu çatışmazlığı ilk baxışda paradoksal səslənən özünəməxsus gigiyena proseduruna əməl etməklə kompensasiya etməyə çalışırlar.
Tədqiqatçılar müəyyənləşdiriblər ki, milçəklərin pəncələrində güclü dad reseptorları var. Onlar həşəratlara yeməli predmetləri yüz faiz dəqiqliklə təyin etməyə kömək edirlər. Məhz belə bir qabiliyyət bu və ya başqa obyektin xüsusiyyətini təyin edir, təbiətdə milçəklərin sağ qalmasında böyük rol oynayır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1772   Tarix: 02 noyabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

makiyaj instagram geyim şəkilləri toy gecesi kesmikli blincik dəridə ləklər zeytun mürəbbəsi qerkules maskasi kosmetika pomidor aydin sani sağlamlıq haxışda novruz bayramina aid hakisdalar