Niyə yumurta ilə qəhvə yaxud çay içmək olmaz?

Niyə yumurta ilə qəhvə yaxud çay içmək olmaz?Yumurta ilə çay və ya qəhvənin birlikdə qəbulu faydalı mikroelementlərin mənimsənilməsini çətinləşdirir. Və bu, əsas problem deyil. Yumurta ən faydalı məhsullardan biri hesab olunur: o, zülal, A, D və B12 vitaminləri ilə zəngindir.
Milli.Az xəbər verir ki, lakin onun qəhvə və ya çayla birlikdə yeyilməsi sağlamlığa mənfi təsir göstərə bilər - ekspertlər belə xəbərdarlıq edirlər. Çoxları belə bir səhər yeməyinə öyrəşsə də, mütəxəssislər bu vərdişi yenidən nəzərdən keçirməyi tövsiyə edir.
Yumurta ilə qəhvəni birlikdə yemək niyə təhlükəlidir?
Dietoloq Priya Bansal izah edir ki, həm yumurta, həm də qəhvə ayrı-ayrılıqda faydalıdır. Yumurta orqanizmi zülal, faydalı yağlar və vacib mikroelementlərlə təmin edir. Qəhvə isə kofein sayəsində oyanıqlığı və diqqəti artırır. Amma bu iki məhsulun birlikdə istifadəsi bəzi qida maddələrinin mənimsənilməsini azalda bilər.
Dəmir və kalsiumun mənimsənilməsinin azalması
Qəhvə tərkibindəki tanninlər və polifenollar səbəbindən yumurtadakı dəmir və kalsiumun orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirir. Bunun qarşısını almaq üçün səhər yeməyindən sonra qəhvə və ya çayı içmək üçün ən azı 1 saat gözləmək tövsiyə olunur.
Həzm problemləri
Həm yumurta, həm də qəhvə mədə turşusunun ifrazını artırır. Bu isə yanğı, turşuluqla bağlı reflü və ya mədə narahatlığına səbəb ola bilər - xüsusilə də mədəsində yüksək turşuluq olan insanlarda.
Susuzlaşma riski
Qəhvə və yumurta hər ikisi sidikqovucu xüsusiyyətə malikdir. Onlar birlikdə qəbul edildikdə bədən daha çox maye itirir və bu da susuzlaşmaya səbəb ola bilər. Ağız quruluğu və susuzluq hiss etməmək üçün su qəbulunu artırmaq vacibdir.
Dərmanların mənimsənilməsinə təsiri
Kofein bəzi dərmanların, o cümlədən antibiotiklərin və mədə turşusunu azaldan preparatların effektivliyini azalda bilər. Əgər qidalanma zamanı yumurta da qəbul edilirsə, dərmanların mənimsənilməsi daha da çətinləşə bilər.
Bu məhsulları necə düzgün birləşdirmək olar?
Mütəxəssislər yumurta ilə qəhvə və ya çay içmək əvəzinə ya 1 saat gözləməyi, ya da qəhvəni bitki çayı və ya su ilə əvəz etməyi məsləhət görürlər. Əgər qəhvəsiz keçinmək mümkün deyilsə, yumurtanı tərəvəz və ya tam taxıllı tostla birlikdə yemək məsləhətdir - bu, məhsulların orqanizmə təsirini balanslaşdırmağa kömək edəcək./lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1812   Tarix: 12 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

geyim və ayaqqabılar reseptler yemek reseptleri bürclər və illər dirnaqlara qulluq qaydalari şirniyyat ve tortlar qadin dunyasi.az kosmetika zəhmət saglam qidalanma mikayıl abdullayev brusell bakteriyası tapmacalar