Normadan artıq tərləmə: Səbəbləri və müalicəsi

Normadan artıq tərləmə: Səbəbləri və müalicəsiTərləmə normal haldır, amma çox tərləmə artıq problem sayılır. Xüsusilə havaların isti olduğu dövrdə bu problem daha qabarıq şəkildə ortaya çıxır. Çox tərləmənin bir çox səbəbləri var.
e-tibb.az Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının müdiri, əczaşılıq elmləri doktoru, professor Cavanşir İsayevin normadan artıq tərləmə - hiperhidroz (Hyperhidrosis), onun səbəbləri, müalicəsi, eləcə də bitkilərlə müalicəsi haqda məqaləsini təqdim edir:
Tərləmə  bədənin  isti  və  soyuq  balansını  və  bununla  da  orqanizmin  termorequlyasiya mexanizmini tənzimləyir. İnsan bir gündə 500-900 sm³ tər ifraz edir. Yay fəslində tərin miqdarı 2-3 dəfə artır. Tər vəziləri uzun borucuqlar şəklində olub, adətən, üç hissədə qıvrılaraq yumaqcıq əmələ gətirir. Tər vəzilərinin düz axacağı isə dəri üzərinə açılır. Tər vəziləri yumaqcıqlarını qan kapilyarları əhatə edir. Həmin kapilyardan axan qan tər vəzilərinə tərkibində həll olunmuş halda az miqdarda xörək duzu, sidik cövhəri və bəzi başqa  maddələr olan su gətirir. Yumaqcıqlarda əmələ gələn tər, tər axacaqları vasitəsilə dəri üzərinə tökülür.
Tər vəzilərinin iki növü var. Sadə və ya merokrin (ekkrin) və apokrin tər vəziləri ayırd olunur.  Sadə  tər  vəziləri  (glandulae  sudoripare)  borulu  quruluşa  və  merokrin  sekresiya  tipinə (əvvəlki adı  ekkrin)  malikdir. Onlar  hüceyrələrin sekretor  fəaliyyəti, həmçinin  osmos-diffuziya proseslərinin iştirakı  nəticəsində tər  hasil  edilir. Histokimyəvi olaraq tər  vəzilərində RNT,  turş fosfatazanın, karboksilazanın, esterazaların,  enerji mübadiləsi  fermentlərinin  fəallaşması nəzərə çarpır. Tər  vəzisinin  distal  hissəsi  yumaqcıq  şəklində  (burulmuş  uc  hissəsi)  adətən  derma  və dərialtı piy toxumasının sərhəddində yerləşmişdir. Uzun axacaq şaquli istiqamətdə dərinin səthinə doğru  yönəlmişdir  və  burğuşəkilli əyri  yarıqla qurtarır.  Ovucda, dabanda  və  üzdə  tər  vəziləri xüsusilə çoxdur.  Tər  vəziləri  kişilərdə  cinsiyyət üzvünün  kəlləsində,  qadınlarda kiçik  cinsiyyət dodaqlarının xarici səthində olmur. Dəri örtüyünün digər sahələrində tər vəziləri disseminasiyalı şəkildə yerləşmişdir. Dərinin 1 sm2 səthində 200-dən 800-ə qədər tər vəziləri var.
Həddindən  artıq  tərləmə  vəziyyətində  əksəriyyətimiz  tez-tez  duş qəbul  edir  və dezodorantlardan  faydalanırıq,  lakin  bu,  daimi  bir  həll  yolu  deyil,  sadəcə,  tər  qoxusunun yaranmasının  qarşısını  alır.  Bu,  müvəqqəti,  qısamüddətli  bir  həll  olacaqdır.  Xroniki  böyrək çatışmazlığı, tiroid vəzinin düzgün işləməməsi, həddindən artıq alkoqol, qəhvə və ədviyyatlı qida qəbulu, nevroloji  və  ya  hormonal  problemlər nəticəsində  həddindən  artıq  tərləmə  problemi  ilə qarşılaşa bilərik.  Bu vəziyyətlərə əlavə  olaraq müayinələr  tamamilə normal  olsa da,  həddindən artıq tərləmə görülə bilər.
Hiperhidrozun müalicəsində bir neçə metoddan istifadə olunur:
1. Tərkibində 10-25%-li aliminium xlorid (AlCl3) olan antiperspirantların istifadəsi;
2. İontoforez (Iontophoresis) - İontoforez, həddindən artıq tərləmənin problem olduğu bölgələrdə yüngül elektrik cərəyanlarını dəriyə keçirən bir müalicədir. Bədənə adi sudan istifadə  edərək  ötürülür. Ümumi  problemli  bölgələr  qoltuqaltı,  əllər  və
ayaqlardır, lakin hiperhidroz bədənin hər hansı bir hissəsinə təsir edə bilər;
3. Dərman preparatları - antixolinergik dərmanlar,  beta blokatorlar, kalsium kanal blokatorları,  QSİƏP  preparatlar  və  s.  Bu  preparatların  istifadəsi bəzi  hallarda tərləməni azalda bilər, lakin yan təsirlərinə görə məsləhət görülmür;
4. Botox;
5. Tər vəzilərinin cərrahi üsulla çıxarılması və ya onların aktivliyinin azaldılması;
6. Simpatektomiya (Sympathectomy) - onurğa  beynindən  çıxan  simpatik sinirlərin fəaliyyətinin kimyəvi və ya cərrahi yolla dayandırılması;
7. Fitoterapevtik üsul - digərlərinə nisbətən ən az yan təsirlərə malik metoddur ki, ev şəraitində də istifadəsi mümkündür.
Çobanyastığı hamamı xüsusilə ayaq və əllər üçün istifadə edilə bilər. Vannada yeddi xörək qaşığı  çobanyastığı  çiçəyinin  üstünə  iki  litr  qaynar  su  əlavə  edin.  Su  ilıq  olduqdan  sonra ayaqlarınızı və ya əllərinizi 40 dəqiqə suda saxlayın. İki həftə boyunca hər axşam tətbiq edin və səhər saatlarında talk tozu istifadə edin. Bu üsulu palıd qabığı ilə də tətbiq etmək mümkündür.
Gicitkən və  adaçayı  otunun  hər  birindən bir  xörək qaşığı  götürün  və  üzərinə yarım litr qaynar su əlavə edin, soyuyana qədər gözləyin. Bir ay ərzində gündə 4 dəfə yeməkdən 1saat sonra bir fincan içə bilərsiniz.
Problemli sahələri mümkün qədər tez-tez  alma sirkəsinə batırılmış pambıqla silin. Duşdan əvvəl problemli sahələri 10 dəqiqə ərzində kompres edin. Bunu etmək üçün yarım stəkan suya 1 xörək qaşığı sirkə tökün, qarışdırın və problemli yerə tətbiq edin. Qarışıq tətbiq olunduqdan sonra isti su ilə duş qəbul edin. Müalicə müddəti nizamlı olaraq 14 gündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1788   Tarix: 21 sentyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geyim şəkilləri geyim və ayaqqabılar aksessuarlar ayaq şişməsi saç tökülməsi 2026 ci ilin debi 2026 geyimi kosmetika statuslar şebnem tovuzlu xanim.az hakıştalar maraqlı