Nura: Tünzalə keçmiş ərinin dediklərini hər yerdən sildirib – VİDEO

Əməkdar artist Tünzalə Ağayeva ilə Nura Suri arasında yaranan gərginlik daha da artıb.

Oxu.Az xəbər verir ki, Tünzalə Nuranın bir neçə həftə öncə "ATV maqazin onlarla" proqramında onun ünvanına dediyi "Tünzalə özünü hamıdan üstün görür, yəqin, deputat olmaq istəyir" fikrinə elə həmin proqramda münasibət bildirib.

Əməkdar artist Surinin kompleksi olduğunu deyib:

"Öz dediyi sözün fərqinə varmır, anlamır. Bu müzakirə ediləcək bir şeydir? Gülüşə səbəb olacaq bir haldır. Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram.

Danışığı ilə qulağı, düşüncəsi fərqlidir. Bu, insanın kompleksindən, iç boşluğundan, narahat həyat tərzindən xəbər verir. Qeyri-yerlərdə olan "musiqiçi"lərı, "ifaçı"ları müzakirə etməyə vaxt ayırmıram".

Nura Surinin həmkarına cavabı isə gecikməyib. O, sosial media hesabında ad günündə çəkilən videosunu paylaşaraq Tünzalənin ona dediyi tərifləri meydana çıxarıb:

"Bu videonun sonunda Tünzalə Ağayevanın haqqımda dediyi sözlərlə dünən verdiyi müsahibə arasındakı fərqə baxın. İnsan dünən dediklərini bu gün danır və nə dediyini özü də anlamır.

Ümumiyyətlə, öz həyatında problem yaşayan insanlar başqalarının həyatını müzakirə etməyi sevir.

Mənim kimi həmkarı ilə qürur duyan biri bu gün öz dediklərinin əksini deyir. Özündə komplekslər çoxdur deyə, hamını özü kimi görür. Artıq danışsa, cavabını elə layiq olduğu kimi də alacaq. Məncə, susmağı daha yaxşı olardı", - deyə Nura Suri əlavə edib.

O, daha sonra ikinci paylaşım edərək Tünzalə haqda bu sözləri yazıb:

"Tünzalə bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını silə bilməz. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini "Youtube" və "Google"dan sildirib. Yəqin, öz yaddaşından da silinib.

Mən pul verib Qran-Pri almıram, mükafat və ya "raskrutka"ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirlərdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. Bu da "Çox sağ ol".

Qeyd edək ki, Nura Surinin paylaşdığı videoda Tünzalə Ağayeva onun haqda "Mən mədəniyyətini, intellektini və professionallığını artırmaq istəyən insanları alqışlayıram və sənin kimi həmkarımla qürur duyuram", – deyə bəhs edir.

Nura: Tünzalə keçmiş ərinin dediklərini hər yerdən sildirib – VİDEONura: Tünzalə keçmiş ərinin dediklərini hər yerdən sildirib – VİDEO

Xəbərlər     Baxılıb: 4052   Tarix: 08 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qaşların formalari sade makiyaj sekilleri qəbizlik böyrək problemi ləkə üçün maskalar ana südü artırmaq kosmetika ikizler balıq tapmaca bakire qadin.az