Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürürQara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli, çiçəkləri bulaşıq sarı rəngdə dibçəyə oxşayır. Toxumu böyrəyi xatırladır.
Milli.Az saglamolun.az-a istinadla faydalarını təqdim edir:
Bitki bütünlüklə xoşa gəlməyən bihuşedici qoxuya malikdir.
Bat-bat atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. Bitkinin bütün hissələri, xüsusilə toxumu zəhərlidir. Qurudulduqda da öz zəhərli təsirini itirmir. Bitkinin toksiki təsiri o qədər də güclü deyil, xoşagəlməyən iyə malik olduğu üçün heyvanlar onu yeməkdən çəkinir.
Bütün iri yarpaqları və çətiri çiçəkləmə fazasından (iyul-sentyabr) payıza qədər toplanılır. Xammal yalnız quru havada toplanılmalıdır. Yarpaqları şeh olduqda, digər göbələk xəstəliklərində, həşəratlarla çirkləndikdə, tozcuq və çirkli havada toplamaq olmaz. Təkrar toplanılma 2 ildən sonra mümkündür. Bütün orqanları zəhərli olduğundan bitkini topladıqda oldquqca ehtiyatlı olmaq lazımdır. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda 1-2 sm qalınlığında 5-7 gün və ya 40-45ОС temperaturda, quruducu şkafda qurudulmalıdır. Quru xammal olan yarpaqlarının çıxım faizi 16-18% olur.
Özünəməxsus kəskin iyli və güclü rütubətalıcıdır.
Xammalı B siyahısında saxlanılır. Yarpaqları quru yerdə kisələrdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.
Bütün orqanlarında tropan alkaloidləri vardır. Köklərində 0,15-0,18%, yarpaqlarında (0,04-0,16%) gövdəsində 0,02%, toxumlarında 0,10% alkaloidlər tapılmışdır. Alkaloidlərin əsasını hiosçiamin və skopolamin təşkil edir. Bundan başqa tərkibində - hiosçikipirin, tiosperin, hiospirezin adlı təbii qlükozidlər vardır. Toxumlarının tərkibində 34% piyli yağ tapılmışdır.
Spazmalotik, M-xolinoblakatr, analgetik və yerli keyləşdirici dərmanlar.
Bağırsağın, bronxların saya əzələlərini iflic edir, ödyolu, sidikyolu əzələlərini boşaldaraq spazmı aradan götürür. Vəzi şirəsinin ifrazını tormozlayaraq selik və mədə şirəsini azaldır.
Köklərindən hazırlanan yağ nevrologiya və nevritlərdə, yarpaqlarından hazırlanan "astmatol" və "astmatin" isə astma xəstəliyinin müalicəsində təyin edilir.
Titrimetrik metodla hiosçiamin alkaloidi 0,05%, nəmliyi 14%, ümumi kül 20%, 10% xlorid turşusunda həll olunmayan kül 10%, qaralmış hissəciklər 3%, digər hissəciklər 5%, 3 mm diametrində olan  hissəciklər 8%, üzvi maddələr 1%, mineral maddələr isə 1% -dən çox deyildir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1106   Tarix: 11 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

aksessuarlar hamiləlik yemek reseptleri laylalar murebbeler seks prosesi körpəyə qulluq kosmetika vətən burcler opusme usaq geyimleri sevgi