Oğlundan Emrahla bağlı kövrəldən paylaşım: "Çətindir bilirəm, amma nə olardı..."
Atası ilə tez-tez mübahisə edən Əmrahın oğlu Tayfun Ərdoğan İnstaqram səhifəsində yeni paylaşım edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Tayfun atası ilə çəkdirdiyi şəklini hesabında yerləşdirərək onunla barışmaq üçün addım atıb:
"Bilirəm, şəkli görüb ya mənə hirslənəcəksən, ya da içində bir boşluq yaranacaq. Çətindir, bilirəm, amma nə olardı mənə zəng vurardın "Gəl, oğlum, 6 il oldu, nə vaxtadək bu davam edəcək" desəydin. Əvvəlki kimi ata-oğul qürurlu-qürurlu şəkil çəkdirərdik... Bir səhər yeməyində yediyimiz fotonu paylaşardın...Futboldan mərcə girərdik....Nə olardı "Səhvlərimiz oldu, mənim də, sənin də, artıq anladıq, gəl" desəydin. Mən də qaça-qaça gələrdim və əlindən öpərdim...
Unutma, mən sənə heyran olan və səni ideal biri kimi görən oğlunam və bir gün sənin mükafatını əvəzinə gedib almaq ümidi ilə yaşayıram. Bağışlamaq Allaha məxsusdur. Günah işlətmək isə insanlara. Bunları oxuduqdan sonra ümid edirəm, keçmiş günləri, başımı tumarladığın illəri xatırlayarsan. Səni sevirəm, ata!".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin