"Oğul itirən anayam, bu ağ saçlarımı ələ salmasına..." Nailə Mirməmmədli

"Oğul itirən anayam, bu ağ saçlarımı ələ salmasına..." Nailə Mirməmmədli"Oğul itirən anayam... Bu acını düşmənimə də arzulamıram. Buna görə saçlarım ağarıb. Kiməsə bu ağ saçlarımı ələ salmağa imkan vermərəm".

Xeberpress.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamsında bəstəkar Nailə Mirməmmədli deyib.

Əməkdar artist Elza Seyidcahanın onun ünvanına söylədiyi sözlərə münasibət bildirən bəstəkar deyib ki, ona işləri ilə cavab verir:

"Vətənimdə baş verən heç bir hadisəyə özümü biganə saxlaya bilməmişəm. Şəhid Mübarizə, həlak olan neftçilərə mahnılar bəstələmişəm. Vətənpərvərlik mövzusu Hikmət Mirməmmədli ilə mənim yaradıcılığımın əsas mövzusudur. Əbəs yerə mənim saçım rəngsiz deyil. Bütün şəhid analarının saçı ağdır. Mən onların üzdə olan simasıyam. Saçını ağardan, əsl qadınlarımız çoxdur. Heç vaxt özüm üçün yaşamamışam. Dırnaqarası seyidlərin bunu ələ salmasına icazə vermərəm. Allah heç kəsin başına gətirməsin. Onu lağa qoymaqla yaşamaq olmaz. Hərə öz işi ilə məşğul olsun.

Haqqımda müsahibə verən o qadının cavabını elə işlərimlə verəcəm. Başımı aşağı salıb mahnılar yazıram. Bu yaxınlarda "Zəfər" marşı yazdım. Onu Gülyanaq Məmmədova, Babək Niftəliyev, Eldəniz Məmmədov oxudular. Bu mahnını aprel döyüşlərinə həsr etdim. Vətənpərvərlik mövzusunda olan bəstələrim hələ çoxdur. Tezliklə təqdim edəcəm".

Qeyd edək ki, E.Seyidcahan bəstəkarın ünvanına "Azərbaycanın səsi" yarışmasında əyləşən münsiflər var idi ki, onlara əvvəl hörmət edirdim. Amma o layihədə onları itirdim. Hər insanla ünsiyyət qura bilmirəm, arada sərhəd qoyuram. Bəziləri adamı birinci dəfə görəndə sən deyirlər, axı bu səmimiyyəti zamanla qazanmalısan.

Amma digərlərini tanıdım. Əvvəl də bilirdim ki, elədilər, sadəcə yola verirdim. Sonra gördüm ki, onlar düzələn deyil" sözlərini demişdi.

Xəbərlər     Baxılıb: 6971   Tarix: 10 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

turlar.az

sade makiyaj sekilleri sac duzumleri kosmetik vasiteler doğuş sonrası seks sinir sistemi pol breqq gəlinliklər kosmetika sevgi cantalar google vətən həsrətinə aid bayatılar xanim.az