Ölkələrin qəribə toy adətləri

Ölkələrin qəribə toy adətləriDünyada bir-birindən qəribə toy adətləri var. Türkiyədə duzlu qəhvə içən bəy namizəd səsini çıxarmazkən Hindistanda bəyin ayaqları gəlinin anası tərəfindən yuyulmalıdır.

Dünyadakı toy adətlərini təqdim edirik:

Afrika

Afrikanın bəzi bölgələrində bəyliyə namizəd olan oğlan qızı ailəsindən istədikdən sonra qızın ailəsi qəbul edərsə gəlinə pul və fıstıq verir. Gəlin fıstığı bəylə bölüşür, cütlüyün birləşməsində rolu olan insana da bunlardan verilir. Bu, qonşulara və qohumlara toy dəvətnaməsi anlamına gəlir.

Şotlandiya

Şotlandiyada gəlini çirkləndirmə adəti var. Gəlin toydan bir gün əvvəl küçəyə çıxarılaraq çirkləndirilir. Yumrta, tomat sousu kimi ləvazimatlar bir-birinə qarışdırılır. Başdan-ayağa bunlara qərq olunmuş gəlin hər kəsin görməsi üçün şəhərdə gəzdirilir. Gecə isə ailə böyüklərinin arasında oturur və onlara ayaqlarını yuduzdurur. Bu adət cütlüyün çoşbəxtlik yolunda addımladıqlarına işarədir. Toyda isə gəlin hər iki ayaqqabısının içinə qəpik pul qoyur.

Türkmənistan

Türkmənistanda yüzillərdir ki davam edən toy adətləri olduqca rəngarəng keçir. 3 gün davam edən toyun ilk gününə "yalan çelpek", ikinci gününə isə "çin çelpek" deyilir. Bu günlərdə toy evində yığışan türkmən qadınları çelpek adlanan yuxaya bənzər xəmir yayır və sacda bişirir.
Türkmən gəlinlərinin toyda geydiyi paltarların və qızılların ağırlığı hardasa öz ağırlıqları qədər olur. Sadəcə qızılların çəkisi 36 kiloqram olarkən "kürtə" adlanan əl işləməsi gəlinlik örtüsü digər paltarlarla birlikdə 40 kiloqramdan ağır olur.

Çin

Bəyin ailəsi astroloqa müraciət edərək evlənməyi düşünən cütlük haqqında rəy soruşur. Əgər astroloqun hazırladığı qoroskopu bəyin ailəsi uyğun görürsə uşaqlarının doğum saatını və tarixini qızın ailəsinə göndərərək eyni prosesi onların etməsini istəyər. Cütlük qarşılıqlı olaraq astroloq tərəfindən uyğun görülərsə toy hazırlıqlarına başlayır. Çində toy tarixinin seçimi də cütlüyün gələcəyi üçün çox önəmlidir. Ay təqviminin 7-ci ayının son 15 günü xaric, cütlük ad günləri və astroloji proqnozlara görə ən uyğun günü seçir. Çünki onlar Ay təqviminin 7-ci ayının son 15 günündə evlənməyin uğursuz olduğuna inanırlar.
Toydan əvvəl bəy evlilik yatağını hazırlayır və üzərinə portağal, fıstıq və müxtəlif meyvələrdən qoyur. Ailənin kiçik uşaqları yatağın üzərinə otuzdurular və meyvələrlə oynamaqlarına icazə verilir. Yatağın üstündə nə qədər çox uşaq olsa ailənin o qədər çoxuşaqlı olması hesab edilir.

Fransa

Toy günü gəlin keçmiş münasibətləri və düşüncələrindən tamamilə uzaqlaşmaq üçün çimməlidir.
Bəy gəlini evindən götürür və kilsəyə aparır. Özəlliklə kiçik şəhərlərdə uşaqlar əllərində ağ lentlərlə gəlinlə bəyin yolunu kəsir, gəlin qayçı ilə həmin lenti kəsir. Bu da cütlüyün qarşılarına çıxacaq çətinlikləri aşacaqları anlamına gəlir. Evlənən cütlük üçün çiçəkləri qonaqlar gətirir.
Digər qəribə adətlərdən biri də gəlin və bəyin toy günündə istifadə edilən və nəsildən nəslə keçən evlilik qabından şərab içməsidir.

Xəbərlər     Baxılıb: 2983   Tarix: 21 dekabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Bu içkilər infarkt riskini artıra bilər

Ürək cərrahı Ceremi London şirin qazlı içkilərin sağlamlığa ciddi zərər vurduğunu bildirib. xəbər verir ki, yüksək kalorili və şəkərli qazlı içkilər gündəlik qidalanmada böyük risk yaradır. Həkimin sözlərinə görə, insanla

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Ödem atan bitki çayları hansılardır?

Gündəlik həyatda üz, əl, ayaq və ya qarın nahiyəsində yaranan şişkinlik hissi çox vaxt bədəndə artıq mayenin toplanması, yəni ödem ilə bağlı olur. Həddindən artıq duz istehlakı, az su içmək, hərəkətsizlik və stres bu vəziyyət

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

turlar.az

kosmetoloq toy makiyaji sekilleri makiyaj instagram abşeron tortu 2026 ci ilin debi ayaq sismesi 2026 payiz qis debi kosmetika vətən həsrətinə aid bayatılar hekaye janri oxu az həsən bəy zərdabi ariqla