Ölkəmizə AĞIR İTKİ üz verdi: O, Uzun sürən xəstəlikdən sonra bu səhər VƏFAT ETDİ - FOTO
Yazıçı-jurnalist Nahid Hacızadə dünyasını dəyişib.
Xanim.az xəbər verir ki, bu barədə apa-ya yazıçı-dramaturq Firuz Mustafa məlumat verib. O bildirib ki, N.Hacızadə uzun sürən xəstəlikdən sonra yanvarın 18-də dünyasını dəyişib.
Mərhum bu gün Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.
Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Azərbaycan Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru idi. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub.
Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin