"Ölü omba" sindromu - Oturaq işdə çalışanların başı dərddə
Kompyuter arxasında uzun müddət oturmağın zərərlərini illərdir mütəxəssislər qeyd edirlər.
Milli.Az xəbər verir ki, mütəxəssislər uzun müddət oturmanın "ölü omba" sindromuna yol açdığını da vurğulayır.
Metabolizma 30 dəqiqəlik oturma müddətindən sonra 50 faiz daha yavaş işləməyə başlayır. Buna görə də çox oturmaq yağlanmaya və çəki artmasına səbəb ola bilər. Məşğur məşqçi Donovan Green uzun müddət oturmağın qan axışını yavaşlatdığını, omba amneziyasına səbəb olduğunu, əzələ və sümük rahatsızlıqlarına yol açdığını deyərək, gün ərzində çoxlu hərəkət etməli olduğumuzu bildirir.
Bədəni yağlandırır
Oturan insan ayaqda durana 2.-3, gəzənə isə 5-10 dəfə artıq enerji sərf edir. Qısacası, uzun müddət oturmaq insanı yorur, tənbəlləşdirir, yağlandırır.
Ürək problemlərinə yol açır
Uzun müddət oturmaq ürək xəstəliklərini 50-80 faiz artırır.
Xərçəng riski
Uzun müddət oturanlarda bağırsaq, südvəzi, prostat, yumurtalıq xərçənginə yoluxma riski daha çoxdur. Bunun səbəbi artan insulin səbəbi ilə çoxalan hüceyrələrin böyüməsidir.
Əzələ, sümük problemi
Həyatını oturmaqla keçirənlər qocaldıqda daha çox hərəkət məhdudiyyəti, yıxılma riski, sümük qırıntısı kimi hallarla rastlaşa bilər.
Ölü omba sindromu
Amerikada çox oturmağa görə meydana gələn ölü omba sindromu yalnız xəstəliklərə yol açmır, bədənin görüntüsünü də pozur. Çünki uzun saatlarla oturmaq "gluteus medius" adlı əzələnin məhv olmasını sürətləndirir. Bundan qorunmaq üçün saatbaşı ən azı 10 dəqiqə ayağa qalxıb gəzmək və hərəkət etmək kifayətdir. /medicina.az
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Vətən haqqında bayatılar
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Türkan: 'Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar
Deniz Akkaya saxlanıldı
Ər çörəyi yeyəndə kökələcəm' - Səmra
Elgiz Əkbərin anası vəfat etdi
Viktor Uillis vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO
Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq