Ölümə aparan saxta "ləzzət" - Ağır xəstəliklər yaradan bu içkiləri necə tanıyaq?

Ölümə aparan saxta "ləzzət" - Ağır xəstəliklər yaradan bu içkiləri necə tanıyaq?Yəqin ki, çoxumuz spirtli içkidən zəhərlənən şəxslər haqqında son xəbərlərdən məlumatlıyıq. Onlardan üç nəfər dünyasını dəyişib, bir nəfərin isə gözləri tutulub. İlkin ehtimal olaraq, onların zəhərlənməsinə səbəb saxta spirtli içki göstərilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu saxta spirtli içkidən ölüm hadisəsinin qeydə alındığı ilk hal deyil. Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur. Məsələn, 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə səbəb olmuşdur. Bu isə dünyada bütün ölüm hallarının 3.8%-na bərabərdir.
Spirtli içkilər hazırlanərkən onların tərkibinə etanol adlı kimyəvi maddə qatılır. Etanol və ya alkoqol rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınır. Alkoqol kefləndirici maddədir.
Saxta spirtli içkilər hazırlanarkən isə, onların tərkibinə daha ucuz başa gələn texniki spirt qatılır. Bu da zəhərlənməyə və ağır xəstəıliklərin yaranmasına gətirib çıxarır.
Qeyd etmək lazımdır ki, spirtli içkilərin məsuliyyətsiz və təhlükəli səviyyədə istifadəsi nəticəsində baş verən xəstəliklər digər bütün xəstəliklərin 4.5%-ni təşkil edir.
Spirtli içkilər xərçəngin bütün növlərinin yaranmasınba səbəb olur...
Alkoqol xərçəng, qaraciyər, ürəək-damar və s. kimi ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. Bundan əlavə ürəyin işemik xəstəliyi və beyin-damar xəstəliyinin inkişafı da nəzərə çarpan xəstəliklərindəndir. Ümumdüya Səhiyyə Nazirliyinin məlumatına görə,spirtli içkilərdən istifadəninin ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və süd vəzi xərçəngi ilə bağlılığına dair kifayət qədər sübutlar var.
Belə ki, qəbul edilən spirtli içkilərin həcmi artdıqca, xərçəng riski də artmış olur.Bir sıra xərçəng xəstəliklərinin baş verməsi spirtli içkilərin istifadəsi zamanı əmələ gələn asetaldehid adlı metabolitlə bağlıdır.
Ürək aritmiyalarının bəzi növlərinin (məs, qulaqcıqların səyrici aritmiyası) 30-60%-i məhz spirtli içkilərin qəbulu ilə bağlı olduğu məlumdur. Tədqiqatlar göstərir ki, hər gün spirtli içkilərin qəbulu ürək aritmiyalarının yaranmasına səbəb olur. Bu isə ürək xəstəliklərinin inkişaf riskini artırmış olur.
Alkoqolun qəbulu müxtəlif qaraciyər xəstəliklərinin inkişafı ilə bağlıdır. Bunların sırasında qaraciyərin piylənməsi, alkoqollu hepatit və sirroz ən geniş yayılanlardır.
Alkoqolun qəbulu ilə tip 2 şəkərli diabetin inkişafı arasında əlaqə daha mürəkkəbdir. Bəzi tədqiqatlar az miqdarda alkoqoldan istifadənin qadınlar arasında şəkərli diabet riskinin azalmasını göstərib. Lakin bu sahədə daha dərin tədqiqatların aparılması tələb olunur.
Saxta içkini keyfiyyətlidən necə ayırmaq olar?
Bir çoxları üçün alkoqollu içkilərin keyfiyyətinin necə yoxlanılması təbii ki, maraqlıdır. İçki alarkən alıcı mağazada birinci növbədə onu möhkəm çalxalamalıdır. Bu zaman əgər butulkanın içində iri qabarcıqlar əmələ gələrsə, bu malın keyfiyyətinin itirməsini göstərir. Əksinə xirda qabarcıqlar görünürsə onda içki keyfiyyətlidir.
Spirtli içki alarkan istehlakçılar birinci növbədə şüşə qabı nəzərdən keçirilməli, onun saxlanma və hazırlanma müddətinin dəyişdirilməməsinə diqqət yetirməlidir. Eyni zamanda şüşə butulkanın qapağının çıxıntısız olmasına, etiketində yuxarıda qeyd edilən məlumatların olmasına diqqət yetirilməlidir. Alkoqollu içkilər quru, havası yaхşı dəyişdirilə bilən anbarlarda 10-20ºC temperaturda, vertikal vəziyyətdə saхlanmalıdır.
Xatırladaq ki, keyfiyyətsiz alkoqollu içkilər sağlamlığınız üçün ciddi təhkükə mənbəyidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1586   Tarix: 26 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

maskalar qaşların formalari kosmetika mehsullari turşu resepti qrip və soyuqdəymə dini geyimler quru yeməklər kosmetika masturbasiya nedir novruz bayramına aid hakışda vetene aid atalar sozu kondom suni mayalanma