Onlayn təhsil faydalıdırmı?

Onlayn təhsil faydalıdırmı?Pandemiya ilə əlaqədar olaraq orta məktəblərdə tədrisin online keçirilməsi məktəbəqədər və məktəbli uşaqlarda müxtəlif fəsadların əmələ gəlməsinə səbəb olur. 
Onlayn dərslərin fəsadları
Şagirdlərin uzun müddət kompyuter arxasında oturması görmə itiliyinin azalmasına, göz yorğunluğunun artmasına, müxtəlif göz xəstəliklərinin əmələ gəlməsinə, sosiallaşmanın azalmasına, onurğa problemlərinin yaranmasına səbəb olur. Eyni zamanda dərslərarası fasilənin az olması, dərs materialların ağır olması məktəblilərdə koqnitiv funksiyanın zəifləməsinə, psixoemosional gərginliyin artmasına gətirib çıxarır. Nəticədə şagirdlərdə yaddaş, qavrama, məntiqi təfəkkürün zəifləməsi müşahidə olunur. Bu da dərs bacarıqlarının və qiymət göstəricilərinin aşağı düşməsilə nəticələnir. Koqnitiv funksiyanın zəifləməsi, zehni yükün və psixoemosional gərginliyin artması uşaq yaşlarında xüsusilə məktəbəqədər uşaqlarda kəkələmənin yaranmasına səbəb ola bilər.
Kəkələmə nədir?
Kəkələmə nitq qüsuru  olub, hecaların, sözlərin tez-tez təkrarlanması (taxilaliya) və ya uzadılması (bradilaliya), nitqin dayanması, ritmik axarın pozulması ilə xarakterizə olunur.  Kəkələmə müalicə olunandır. Başlanğıc mərhələdə daha tez və uğurla müalicə olunur. Kəkələmə problemi ilə eyni zamanda iki mütəxəssis məşğul olmalıdır - uşaq nevropatoloqu (və ya psixonevroloq) və loqoped.  
Sosiallaşmanın əhəmiyyəti
Online təhsil və ya distant təhsil məktəblilərdə sosiallaşmanın da azalmasına səbəb olur.  Məktəblilər daha çox özlərinə qapanır, yaranmış olan suallarına internetdən cavab axtarmağa çalışırlar, ətrafları ilə ünsiyyətdə olmağa cəhd etmirlər, təkliyin daha komfortlu olduğunu düşünürlər. Bu da gələcəkdə onların cəmiyyətdə bir fərd kimi formalaşmasına, inkişaf etməsinə mane ola bilər. Sosiallşma insanın cəmiyyətə adaptasiya olunması deməkdir. Sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. İnsanın şəxsiyyət kimi formalaşmasında bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də əhəmiyyətlidir.
Valideynlər üçün tövsiyələr
Online dərslər hər hansı fəsad yaratmasın deyə valideynlər profilaktik olaraq bəzi tədbirlər həyata keçirə bilərlər.  Məktəblilərin təmiz və günəşli havada daha çox olmalarını təmin etməli, gün ərzində kompyuter və telefon istifadəsinin 3-5 saatdan artıq olmasına  mane olmalı, qida rasionuna və rejiminə ciddi nəzarət etməli, vitamin və mikroelementlərlə zəngin qida və ya qida əlavələrinin xüsusilə B qrup vitamilərindən ibarət olan qida əlavələrinin rasiona əlavə etməli,    zehni və fiziki yükün azalmasını təmin etməlidirlər.
B qrup vitaminlərinin uşaqlar üçün əhəmiyyəti
B qrup vitaminləri quruluş və təsir effektinə görə bir-birlərinə oxşadığı üçün həkimlər bu vitaminlərin kompleks şəkildə istifadəsini tövsiyə edirlər. B qrup vitamin kompleksi sinir sisteminin funksiyasını stimullaşdırır, koqnitiv funksiyanı yaxşılaşdırır, qırmızı qan hüceyrələrinin (eritrositlərin) yaranmasını təmin edir, enerji səviyyəsini artırır, ürək-damar sistemini möhkəmləndirir, həzmi yaxşılaşdırır, əzələləri daha möhkəm edir. B qrup vitaminlərin çatışmazlığı qan azlığına (anemiya), infeksion xəstəliklərə, mədə-bağırsaq sistemi, dəri, sinir sistemi xəstəliklərinə meyilliliyi artırır. Mütəxəssislər pandemiya zamanı orqanizmin B qrup vitamin kompleksinə  ehtiyac olduğunu qeyd edirlər, xüsusilə online dərslərin yaratdığı fəsadların qarşısının alınmasında, immunitetin möhkəmlənməsində, koqnitiv funksiyanın stimulyasiyasında B qrup vitamin kompleksi əvəzedilməzdir. B qrup vitaminlərinin ciddi çatışmazlığı zamanı yaranan fəsadların qarşısını almaq üçün müalicə həkimi ilə məsləhətləşmək tövsiyə olunur.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 2096   Tarix: 08 aprel 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

turlar.az

həkim məsləhəti makiyaj instagram gozel gorunmek murebbelerin hazirlanmasi qonag otagi dizayni valideyn haqqinda çimərlik dəbi kosmetika əqrəb tapmaca vətən qiz evi ucun eqreb