Onu efirdən qovdular: "Sən yaşamamalısan" - VİDEO
Aparıcı Xoşqədəm Hidayətqızının təqdimatı ilə yayımlanan "Səni axtarıram" verilişində yaşananlar növbəti dəfə səs-küyə səbəb olub.
Xanim.az Cebhe.info - ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan canlı yayım görüntülərində 6 övladını atan yaşlı ata hüquq müdafiəçiləri tərəfindən dinlənilmədən tənqid atəşinə tutulub.
Təxminən 75-80 yaşlarında olan Bayram kişiyə özünü müdafiə etməyə, övladlarından hansı səbəbdən imtina etdiyini izah etməyə imkan verilmir. Efirə çıxar-çıxmaz ataya ittiham dolu fikirlər yağdıran, top atəşinə tutan hüquq müfafiəçiləri yaşlı kişininin hətta yaşamağa haqqı olmadığını bildirirlər. Bu isə sosial şəbəkələrdə ciddi müzakirə edilib. Sosial şəbəkə istifadəçilərinin fikrincə, atanın hərəkətinə bəraət qazandırmaq olmaz, amma istənilən halda bir insan olaraq onun da dinlənilməsinə şərait yaradılmalı idi. Hüquq müdafiəçiləri Şəfiqə Nağıyeva və Kəmalə Ağazadə onu dinləmək üçün səbr nümayiş etdirmək əvəzinə, atanı birbaşa ittiham edir, aşağılayıcı ifadələrlə yaşlı insanı az qala efirdən qovurlar.
Bu azmış kimi verilişdə onun ünvanına "Nəyə gəlmisən, milyonlarla insanın sənə baxması üçün gəlmisən? Sənin qürurun, kişiliyin hanı? Sən necə insan, necə atasan? Sən deyirsən ki, neyləməliyəm? Sən ümumiyyətlə, yaşamamalısan..." kimi təhqir dolu ifadələr işlədilib. Hüquq müdafiəçilərinin bu qınağına qoşulan Bayram kişinin doğma oğlu da atanı qəbul etməkdən imtina edib.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Binnur Kaya ekranlara geri dönür
Barış qızıl medal qazandı
Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi
Qamze illər sonra yeni layihədə yer alacaq
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir
Məşhur müğənniyə ağır itki
Aşıqlar' qrupunun yaradıcısı vəfat etdi - FOTO
Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir
Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO