"Onun Aysuna elədiyi hərəkəti özümə bağışlamıram" - Rəqsanə

"Onun Aysuna elədiyi hərəkəti özümə bağışlamıram" - Rəqsanə"Hər şey daxil" verilişi müğənni Rəqsanə İsmayılovanın Moskvadakı evində qonaq olub.

Axşam.az-ın məlumatına görə, ifaçı vaxtilə etdiyi səhvlərdən danışıb:

"Bəzən aqressiv olmuşam və televiziyada təmkinimi qoruya bilməmişəm. Bəzi insanların cavabını verməyəndə elə başa düşür ki, çəkinirsən, ya qorxacaq nəyinsə var. Mən övladlarıma qarşı çox həssasam. Çünki Aysun mənim həm rəfiqəm, həm sirdaşımdır. Keçmişdə birlikdə işlədiyim xanımın Aysuna qarşı elədiyi hərəkətə görə onu heç vaxt özümə bağışlaya bilmirəm. Çünki istəməzdim ki, mənim hər hansı hərəkətimə, səhvimə görə uşağım əziyyət çəksin. Onun heç bir günahı yoxdur. Əgər iki insan dalaşırsa, olanlar onların arasında baş verməlidir. Mən heç zaman körpəyə, valideynlərə toxunmaram. Dalaşmaqdan qorxan biriyəm. Düzdür, kiminsə cavabını verib, sözün düzünü deməyi xoşlayıram. Kim istəyir xoşuna gəlsin, bəyənməyən də bəyənməsin. Amma Aysuna görə o hərəkəti istəyərəm silim və heç bir yerdə mənim qarşıma çıxmasın".

Rəqsanə hazırda çox xoşbəxt olduğunu da deyib:

"İnsan qəriblikdə olanda Vətən üçün, ailə üçün darıxır. Mən ailəmə, ən çox da anama bağlı insanam. Hər bir valideynin arzusu odur ki, övladı xoşbəxt olsun. Həmişə atasız uşaqlara ürəyim yanır. Çünki özüm Aysunu atasız böyütmüşəm. Çalışmışam, atasız olmasını hiss etməsin. Bütün əziyyətlərimi, çətin günlərimi Aysun mənimlə bir yaşayıb. Ona görə o hadisə olanda yazdım ki, o evdə ki kişi, ata nəfəsi yoxdur, istər-istəməz insan zəif olur, söykənəcəyin bir kimsə olmur. Söhbət maddiyyatdan getmir. Bu gün mənim heç bir çətinliyim yoxdur. Xoşbəxtəm. Gözəl ailəm var, məni sevən insan var. Övladlarıma atalıq eləyir, onları öz adına keçirib. Amma mən bura o qədər çətinliklə gəlib çıxmışam ki...".

Qeyd edək ki, vaxtilə Rəqsanənin prodüseri olmuş Təranə Səmədovanın onunla iş birliyinə son verdikdən sonra Aysunun adına "Odnoklassniki"də profil açaraq onun şəkillərini yayıb. Bundan sonra isə müğənni ilə prodüser arasında böyük qalmaqal yaşanıb.

Xəbərlər     Baxılıb: 2179   Tarix: 05 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi reseptler toy makiyajlari maskalar saç üçün spiral kokeldirmi qrip və soyuqdəymə sellulit kosmetika faydalı məsləhətlər hakistalar uşaq şeirləri damla dovsan