Orqanizmə enerji verən içki və qidalar açıqlandı
Hindistanlı həkimlər insan orqanizminə enerji verən içki və qidaları açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, əsas qidalardan biri omeqa-3-lə zəngin olan qızılbalıqdır. Qızılbalıqda olan omeqa-3 doymamış yağ turşuları əsəb, ürək-damar, endokrin və insan orqanizminin digər sistemləri üçün vacib tikinti materialıdır. Bu isə bilavasitə enerji ilə bağlıdır. Bundan əlavə, omeqa-3 dəri ilə bağlı gizli problemləri də həll edir.
Elə həmin siyahıda streslə mübarizə aparan güclü antioksidant tərkibli tünd şokolad da yer alıb. Bundan əlavə, şokoladın tərkibindəki maqnium və kalium əzələlər və əsəb sisteminin normal işləməsi üçün zəruridir. Öz növbəsində, süd orqanizmin müqavimətini yüksəldir, maddələr mübadiləsini normallaşdırır, damar və həzm orqanlarını təmizləyir. Bununla da orqanizm enerji ilə dolur.
Zəncəfilli çay orqanizmə, xüsusilə də qışda, güc verən içkilərdəndir. O, həmçinin dərinin təravətliyini və istilik hissini dəstəkləyir. İçki həm də orqanizmin ürək-damar sistemi üçün xeyirlidir. Arıqlamaq istəyən qadınlara isə o daha tez çəki atmaqda kömək edəcək.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir