Orqanizmi zəhərlərdən təmizləyən şok üsul - Şank Prakşlank metodu nədir?

Orqanizmi zəhərlərdən təmizləyən şok üsul - Şank Prakşlank metodu nədir?Orqanizmi zəhərlərdən təmizləyən şok üsul -  Şank Prakşlank metodu nədir?
Yoqa və sağlamlıq ayrılmaz anlayışdır. Yoqlar mütəmadi olaraq orqanzimlərini təmizləyirlər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, şank prakşlana -  duzlu su ilə orqanizmin təmizlənməsi prinsipinə əsaslanır. Həzm sistemini bu cür dərindən, hətta heç bir bağırsaq boşaldıcı da təmizləyə bilməz.
Ev şəraitində duzlu su ilə bağırsaqların təmizlənməsi möcüzəvi metoddur. Yoqların istifadə etdiyi bu üsuldan hamı yararlana bilər. Amma bu zaman bütün qaydalara riayət etmək lazımdır.
ORQANİZM ÜÇÜN FAYDASI
1. Bu üsulla orqanizmi bütün toksinlərdən, zəhərlərdən, şlaklardan təmizləyərək həzm sisteminin işini normaya salır.
2. 2-3 prosedurdan sonra orqanizm allergik xəstəliklərdən tamam təmizlənir.
3. Həzm, buna bağlı olaraq da ifrazat normallaşır. Həmçinin, öd kisəsi və qaraciyərin işi normaya düşür.  
4. Orqanizmin immuniteti artır.
5. Səpgi, akne, furunkulyoz kimi dəri xəstəlikləri aradan qalxır.
PROSEDURA HAZIRLIQ
1. Prosedurdan əvvəl, yəni axşam yüngül, yağsız qida qəbul etmək lazımdır. Səhəri gün isə ümumiyyətlə bütün quru və maye qidaların qəbulundan imtina edin.
2. Prosedurun həyata keçirilməsi üçün hava şəraiti ideal olmalıdır. Əgər hava çox soyuq və ya rütubətlidirsə, o zaman yaxşısı budur ki, proseduru təxirə salasınız.
3. Bütün prosedur bütövlükdə 2 gün vaxt aparır. Buna görə də yaxşı olardı ki, bunu istirahət və ya məzuniyyət günlərində həyata keçirəsiniz.
4. Əvvəlcədən 4-5 litr isti su hazırlayın. Hər 1 litr suya 2 ç/q dəniz duzu olmaqla duzlu məhlul hazırlayın.
HƏYATA KEÇİRİLMƏ TEXNİKASI
1. 2 stəkan isti duzlu suyu qısa bir vaxtda için. İçdikdən həmən sonra 5 yoqa hərəkəti - asan yerinə yetirin. Tadasana, tiryaka tadasana, kati çakrasana, tiryaka bxudjanqasana, udarakarşanasana hərəkətlərini yerinə yetirmək lazımdır.
2. Sözü gedən hərəkətlərdən sonra daha 2 stəkan duzlu su içərək yenidən hərəkətlərə davam edin. Hər hərəkətdən 8 dəfə eyni qayda ilə təkrarlamaq tələb olunur.
3. Hərəkətləri bitirdikdən sonra ayaqyoluna gedin. Əgər bayıra çıxmaq istəmirsinizsə, orqanizminizə əziyyət verməyin.
4. Eyni alqoritmlə davam edin: həmin miqdarda su için və eyni asan hərəkətlərini həyata keçirin, daha sonra isə ayaqyoluna gedin. Bir neçə müddətdən sonra bağırsaqlar işləməyə başlayacaq.  İlk əvvəl nəcis bərk olacaq, daha sonradan isə yumşalacaq. Bağırsaqlar tamamilə təmizlənənə qədər duzlu su içərək hərəkətləri təkrarlamaq lazımdır.
5. Yekun mərhələdə kuncal kriya mərhələsidir. 2 stəkan su içərək barmağınızı boğazınıza salaraq özünüzü qusdurun.
TƏMİZLƏNMƏDƏN SONRA BUNLARI EDIN:
1. Prosedur bitdikdən sonra sizə susuzluq əziyyət verə bilər. Amma təmizlənmədən sonra 3-4 saat müddətində qətiyyən su içmək olmaz.
2. Orqanizmə 45 dəqiqə istirahət verin. Yatmaq olmaz, yaxşısı budur ki, tam sakitlikdə oturasınız.
3. İstirahət vaxtı da tualetə gedərək bağırsaqlarınızı boşaltmaq arzusu yarana bilər.  Bu, tam normaldır.
4. 45 dəqiqədən sonra kərə yağı qatılmış qaynanmış düyü və mərci yeyə bilərsiniz. Düyü orqanizm tərəfindən yaxşı mənimsənilir, mərci enerji verir, yağ isə bağırsağın divarlarında qoruyucu qat yaradır.
5. Qida qəbul etdikdən sonra 3 saat müddətində yatmamağa çalışın. Əks halda, yuxulu və baş ağrısı ilə oyanacaqsınız. 3 saatdan sonra yatmaq olar.
6. Prosedurdan sonra bir neçə həftə pəhriz saxlayın. Ət, turş meyvələr, acı ədviyyatlar, süd məhsulları, çay, qəhvə qəbul etməyin. Çoxlu su için.
Duzlu su ilə orqanizmin təmizlənməsini  ciddi əks göstəriş olmadıqda hər 6 aydan bir etmək olar.  Bu prosedur orqanizmi təmziləyərək əhvalınızı artırmağa kömək edəcək.
Milli.Az

Xəbərlər     Baxılıb: 1317   Tarix: 05 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

kosmetoloq makiyaj instagram maskalar kampotlarin hazirlanmasi çolkalı saç modelleri kakos yagi sevinc tofiqqızı kosmetika həsən bəy zərdabi üzeyir hacıbəyli xanım az bürcler vətən