Oruc süfrələrinin bəzəyi, cənnət meyvəsi
Ramazan ayında sahur və iftar süfrələrini xurmasız təsəvvür etmək qeyri-mümkündür. Tərkibində karbohidrat olduğuna görə xurmanı sahurda yemək məsləhətdir, çünki uzun müddət toxluq hissi yaradır.
Cənnət meyvəsi hesab olunan xurma həzm sistemini yaxşılaşdırır, beynin fəaliyyətinə müsbət təsir göstərir, yaddaşı möhkəmləndirir, yorğunluğu aradan qaldırır.
Milli.Az bildirir ki, həkim-terapevt Taleh Abbasov AZƏRTAC-a deyib: "Xurmanın orqanizmdə xolesterini aşağı salmaq qabiliyyəti var. Qan dövranını yaxşılaşdırır, ürəyi qoruyur, və beyin-qan dövranı üçün çox faydalıdır. Sümük-oynaq sistemini möhkəmləndirir. Hamilələr üçün də onunla qidalanmaq faydalıdır".
Xurma dərini gözəlləşdirir, yaşlanmanın qarşısını alır və saçların qidalanmasına kömək edir. Gündə dörd xurma yemək immuniteti gücləndirir.
Milli.Az /news.milli.az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin