Oruc tutanlar bunu etməsələr, qorxunc xəstəliklərə tutula bilərlər - XƏBƏRDARLIQ

Oruc tutanlar bunu etməsələr, qorxunc xəstəliklərə tutula bilərlər - XƏBƏRDARLIQOruc tutmaqla il ərzində fasiləsiz işləyən orqanlara dinclik vermiş oluruq. İnsan bədəni oruc tutduğunu sonuncu yemək qəbulundan 8 saat sonra dərk edir. Çünki bağırsaqlar yeməyi bu müddət keçəndən sonra həzm edir. Növbəti mərhələdə bədən erhtiyaclarını ödəmək üçün qaraciyər və əzələlərdəki qlükozaya yönəldir. Qlükoza tükəndikdən sonra bədənin növbəti enerji qaynağı yağlardır. 
Bəs oruc sağlamlığa necə təsir edir?
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə terapevt Emin Məmmədov "Xəbərin olsun" verilişinə açıqlamasında məlumat verib:
"İnsan 8-12 saat və daha çox aralıqla qidalandıqda orqanizmdə yenilənmə prosesi gedir. Xüsusilə mədəaltı vəz orqanının sürətli bərpası aparılır. Zərərli vərdişlərdən uzaqlaşdığı üçün qaraciyər, mədəaltı vəz, mədə-bağırsaq sistemində yenilənmə və bərpa prosesi həyata keçir". 
Orucun 3-cü və 7-ci gününə diqqət etmək lazımdır. Bugünlərdə bədən aclığa alışmağa başlayır, yağı parçalayıb qanda şəkərə çevirir. Balanslı olmaq şərti ilə protein, duz və su kimi qidaların qəbulu da vacibdir. Su az içildiyi üçün tərləmə sürətlənir və maye itkisi artır. İftar və imsak müddətində karbohidrat və faydalı yağların qəbulu bədənin enerjili olması üçün vacibdir.
Ekspert bildirib ki, orucun 15-ci günündən sonra isə bağırsaq, böyrək və dəridəki toksinlər təmizlənməyə başlayır. Bu dövrdə orqanların funksiyasını yerinə yetirmə gücü maksimuma yaxınlaşır. Yaddaş və konsantrasiya yenidən güclənir: 
"Oruc tutan insan qəfil gündə 3-4 dəfə yemək yeməyə başlasa, təbii ki, bu insanlarda mədə, mədəaltı vəz, həzm sistemi orqanlarında və yaxud da diabetli, təzyiq xəstəsi olan pasientlərdə ciddi kliniki əlamətlər meydana çıxacaq. Belə olduqda təzyiqin yüksəlməsi və kəskin düşməsi halları, kəskin mədə ağrıları, ishal halları və digər əlamətlər özünü büruzə verə bilər. Qidalanma prosesinə mərhələli formada və asta-asta keçmək tövsiyə edilir. Üstəlik, orucluq müddətini başa vurduqdan sonra qeyri-sağlam qidalanmaq çəki artımına da gətirib-çıxara bilər". 
Milli.Az

Xəbərlər     Baxılıb: 1077   Tarix: 17 mart 2024
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

aksessuarlar yaz geyimleri 2026 geyim seçimi kompot geyim kombinləri milli yemekler ailə hamiləlik kosmetika qz eviyçun hakışta bayatılarımızda vətən həsrəti dolca buga burcu qu quşu