Oruc tutarkən çox susamamaq üçün - Nə etməli?

Oruc tutarkən çox susamamaq üçün - Nə etməli?Oruc tutarkən təxminən 15-16 saat susuz qalırıq. Düzgün qidalanmadıqda isə bu, qanın qatılaşmasına səbəb ola bilər. Ona görə imsakda və iftarda bəzi tədbirlər görmək lazımdır ki, çox susuzluq hiss olunmasın və qan qatılaşmasın. Bəs, oruc tutduğumuz dövrdə susama hissini necə azalda bilərik?
Milli.Az "qafqazinfo"ya istinadən mövzu ilə bağlı məqaləni təqdim edir:
Ramazan ayında elə qidalanmalıyıq ki, susuz qaldığımız vaxtda özümüzü yaxşı hiss edək. Bu, həm də növbəti günlərdə oruc tuta bilməyimiz üçün çox vacibdir.  
Yayda iftarla imsak arasında ən azından 3 litr, qışda isə 1 litr çiy su içilməsi məsləhət görülür. Bu, çay və meyvə şirələrinə aid deyil. Çünki onlar bədəndəki suyu qovur, ona görə yalnız çiy suya çox üstünlük verilməlidir.
İftardan sonra çox su içməyin. Gündəlik su ehtiyacımızı 8-10 stəkan suyu iftar və imsak arasında bölün. Sahurda ən çox 3 stəkan, iftardan sonra da hər saatbaşı 1-2 stəkan su içmək lazımdır.
Sahurda:
Yağlı və duzlu yeməkləri azaldın. Belə pendirlərdən də az istifadə edin. Qızartma yeməklərdən isə mütləq uzaq dayanın. Bu yeməklər su içmə ehtiyacını daha çox artırır. Mütləq sahura oyanın və yavaş-yavaş yeyərək ən az yarım saata bitirin. Tərkibində su nisbəti yüksək olan qidalara üstünlük verin. Bu qidaların həzmi yavaş olacağı üçün gün ərzində su ehtiyacınızı aradan qaldıracaq. Hədsiz çay və ya qəhvə içmək olmaz. Bir çoxları çayın susuzluğu aradan qaldırdığını düşünür. Bu, yanlış düşüncədir. Sahurda 4-5 zeytun yeməyiniz kifayətdir, daha artığı lazım deyil. Çox zeytun yemək susamağınıza səbəb olacaq.
İftarda:
İftar yeməyinə şorba, yaxud dovğa ilə başlamalı və sonra ən azı yarım saata qədər gözlənilməlidir. Uzun müddət boş olan mədəni birdən-birə yormaq olmaz. Bu, tez susama və müxtəlif narahatlıqların meydana gəlməsinə səbəb ola bilər. İftar yeməyindən sonra şirniyyatlardan çəkinin. Bunun əvəzinə bol sulu meyvələrdən istifadə edin. 
Milli.Az

Xəbərlər     Baxılıb: 1087   Tarix: 14 mart 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

aksessuarlar yaz geyimleri 2026 geyim seçimi kompot geyim kombinləri milli yemekler ailə hamiləlik kosmetika qz eviyçun hakışta bayatılarımızda vətən həsrəti dolca buga burcu qu quşu