Oturaq həyat tərzi yerişi dəyişir - Araşdırma
Uzun müddət oturaq vəziyyətdə qalmaq və fiziki aktivliyin az olması, sağlam gənclərdə, tarazlığın pozulmasına və yerimə tərzinin dəyişməsinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, ABŞ-dən olan tədqiqatçılar 18-35 yaş arasında 133 könüllünün məlumatlarını analiz edərək belə nəticəyə gəliblər.
İştirakçılar oturma müddətinə görə dörd qrupa bölünüb. Həmçinin onlardan həftədə tövsiyə olunan 150 dəqiqə fiziki fəallığa çatıb-çatmadıqlarını bildirmələri xahiş olunub.
Bədənin tarazlığını qoruma və gediş parametrlərini qiymətləndirmək üçün bədənin yeddi hissəsinə yerləşdirilmiş inersial sensorlardan istifadə olunub. Tədqiqatçılar həmçinin gözləri bağlı vəziyyətdə dayanan zaman bədənin mikro-sarsıntılarını və dönərkən ilk addıma hazırlığı izləyiblər.
Analiz göstərib ki, tarazlığın pozulması yalnız az fiziki fəallıqla deyil, həm də uzun müddət oturmaqla bağlıdır. Daha az oturan və daha çox hərəkət edən iştirakçılar daha yaxşı balans və daha inamlı hərəkət başlanğıcı nümayiş etdiriblər. Az hərəkətli həyat tərzi isə gənc yaşda belə tarazlıq pozğunluğu riskini artırır.
Mina Mikayılova
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO
Yuxusuz qalanlar bunu mütləq bilməlidir
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
Məşhur aktyora 12 ilədək həbs tələb edildi