Övladı olmayanlara ŞAD XƏBƏR - PULSUZ OLACAQ
On ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək.
Bu barədə "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində qeyd edilib.
Belə ki, qanun layihəsinin 14-cü maddəsinin (Ekstrakorporal mayalanma və embrionun köçürülməsi) 14.3-cü bəndində bildirilir ki, on ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçirilə bilər.
Bu qanunun məqsədləri üçün sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.modern.az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Yuxusuz gecədən sonra bunu edin