Öz cəlbediciliyinə inamı artıran 5 vərdiş

Öz cəlbediciliyinə inamı artıran 5 vərdiş1.Güzgüyə baxmaq.

Gözəl insanlar tez-tez güzgüyə baxırlar, çünki onlar özlərini bəyənirlər. Bu aydın görünür. Lakin burada əks əlaqə də var. Biz nə qədər çox güzgüyə baxsaq, bir o qədər çox özümüzü bəyənəcəyik. Atrıq güzgüyə baxdıqda güzgüdən asılılıq vərdişi yaranır.
Güzgüyə baxmağı öyrənmək - özünə inamını artıran mühüm mərhələdir. Ən yaxşısi isə bütün boyunuz uzunluğunda olan güzgüyə baxın. Nəyin xoşunuza gəldiyini və nəyi artıq hesab etdiyinizi qeyd edin. Əsas odur ki, bütün gördüklərinizi müsbət qəbul edin.

2. Özünüzlə məşğul olun.

Qulluq- sevginin əsas hissəsidir. Üzümüzə, bədənimizə qulluq edərkən, özümüzə geyim seçərkən biz özümüzə qarşı müsbət enerji ilə doluruq. Özünə qulluq - istər gözəllik salonlarına getmək olsun, istər ətirli vanna qəbul etmək, istərsə də idmanla məşğul olmaq olsun fərq etməz.

3. Komlimentlər qəbul etmək.

Bu bizdən asılı deyil.Əgər kompliment yoxdursa bəs onda nə edək? Belə fikirləşirsinizsə onda çox böyük səhv edirsiniz. Bəzi davranışlar var ki, ətrafdakıları sizə kompliment deməyə məcbur edəcək. Ancaq bəzi davranışlar da var ki, ətrafdakılara bunu etməyə icazə vermir. Əgər sizə kompliment deyən adama: "Yaxşı görünürsən nədir? Belə həyatla, belə işlə mən necə yaxşı görünə bilərəm"- desəniz çətin ki, həmin adam bir də sizə yenidən kompliment demək istəsin. Çünki deyilmiş kompliment özü də yaxşı cavab gözləyir, həmin adam sizə dediyi sözlərə görə təşəkkür eşitmək, sizin onun diqqət və qayğısını qiymətləndirməyinizi gözləyir. Özünü az qiymətləndirən insanlar üçün bu çətindir. Xoş sözləri sadəcə xoş xəbər alırsınız kimi qiymətləndirməyi öyrənmək lazımdır. Eyni zamanda onları cavablandırmaq və kompliment demək lazımdır.

4. Şəkil çəkdirmək.

Bu təxminən güzgüyə baxmaq kimi eyni vərdişdir. Amma şəkil çəkdirməyin üstünlüyü yalnız özünə baxmaqla bitmir. Şəkillər özün haqqında bütün fikirləri müsbət istiqamətdə dəyişməyə kömək edir. Çünki biz özünmüzü kənardan görmürük, ancaq ətraırdakıların fikirlərinə inanırıq. Yaxşı fotolar əslində necə olduğunuzu sizə göstərəcək.

5. Ünsiyyətdə olmaq.

Özünü qiymətləndirmək öz başına baş verə bilməz. O mütləq ünsiyyət tələb edir. Özünə inamlı adamlar həmişə yeni tanışlıqlara can atır, onların çoxlu dostları olur. Burda əlaqə yalnız bir istiqamətli deyil, həm də əks istiqamətlidir. Yəni biz özümüzə güvəndikcə həvəslə ünsiyyət qurururuq, öz əhəmiyyətimizi daha çox anlayırıq. Ünsiyyət bizi daha da cəlbedici edir və əlbəttə ki, buna laqeyd yanaşmamaq lazımdır.

Zümrüd Cavadova

Xəbərlər     Baxılıb: 1895   Tarix: 13 aprel 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

turlar.az

yaz geyimleri 2026 sade makiyaj sekilleri geyim şəkilləri islamda qadın bürclərin uyğunluğu toy ucun qisa donlar uşaq yeməyi kosmetika vətən haxışda hesaplama itburnu irem derici