Özümüzü miqrendən qoruya bilərikmi?

Özümüzü miqrendən qoruya bilərikmi?Miqren əhali arasında ən geniş rast gəlinən problemlərdən biridir. Miqren tutmalarını birdəfəlik müalicə etmək mümkün sayılmır. Eləcə də bu problemin dəqiq səbəbi bu günə kimi bəlli deyil. Son illərdə miqren baş ağarılarına hətta uşaqlarda da rast gəlinir. Bəs miqrendən qorunmaq mümkündürmü?
Milli.Az e-tibb.az-a istinadən nevroloq, Mərkəzi Gömrük Hospitalının həkimi İlahə Əzizovanın bu suala cavabını təqdim edir:
Nevroloji miqren xəstəliyi böyüklərdə 4-72 saat, uşaqlarda isə 1-72 saat davam edə bilir, ildə bir neçə dəfəyə qədər təkrarlana bilən miqren xəstəliyi özünü kəskin ağrılar şəklində büruzə verir. Miqrenin əsas təzahürü baş ağrılarıdır. Bununla yanaşı, miqren özünü ürəkbulanma və qusma, həmçinin işığa və səsə qarşı həssaslıq formasında göstərə bilər. Miqren dünyada ən genış yayılmış xəstəliklər sırasında 3-cü yerdədir. Bu növ baş ağrısı şəkərli diabet, epilepsiya və astma xəstəliklərindən də çox yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Yer kürəsində hər gün təxminən hər milyon insandan 3000 nəfəri miqrendən əziyyət çəkir. Miqren tutmasını yarada biləcək amillərə stress, zehni gərginlik, yorğunluq, yuxunun pozulması, çənə oynağının disfunksiyası, meteoroloji və temperatur dəyişkənliyi, səyahətlər, kəskin qoxular, gür işıq, yüksək səs, yüksək fiziki aktivlik, maye qəbulunun az olması, kəllə-beyin travması, uzaq uçuş ilə əlaqəli gündəlik bioritmin pozulması, kompüter, aclıq və ya yemək qəbulunun gecikməsi, soyuq qida, alkoqollu içkilər, şokolad, yüksək kofeinli içkilər, pendir, yağlı qidalar, kofe, çay kimi bəzi qida məhsulları daxildir.
Külək, fırtına, Günəş işığı, rütubətin yüksək səviyyəsi də miqren yarada bilər. Miqren ağrılarının şiddətlənməsinə səbəb baş və beyin damarlarının genişlənməsidir. Uşaqlarda, hətta körpələrdə belə, miqren ağrıları müşahidə edilə bilər. Miqren ağrıları fərqli olur. Uzun müddət ara ilə müşahidə edilən ağrılar "epizodik ağrılar" adlanır. Ağrılar son 3 ayda 15 gün və daha çox olursa, bu, artıq xroniki miqrendir. Xroniki miqrenə depressiya, yuxusuzluq və digər hallar səbəb ola bilər. Xroniki miqren müalicə edilmədikdə, ciddi fəsadlara yol aça bilər.
Miqren ağrılarının yaranmasının konkret səbəbi olmadığı kimi, müalicəsi də yoxdur. Xəstəliyin müalicəsi məqsədilə, sadəcə olaraq, ağrını aradan götürmək üçün ağrıkəsicilərdən istifadə etmək olar. Miqren ağrıları zamanı istifadə edilən dərmanlardan uzunmüddətli istifadə məsləhət deyil. Unutmayaq ki, həddindən artıq ağrikəsicilərin istifadəsi ağrıların çoxalması və xronikləşməsinə səbəb ola bilər.
Özünüzdə tez-tez ani və şiddətli baş ağrısı, hərarətin artması, cüt görmə, keyimə, danışıqda problem, öskürək, ani bir hərəkətdən sonra baş ağrısı, 50 yaşdan sonra başlayan baş ağrıları hiss etdikdə mütləq nevroloqa müraciət etmək lazımdır. Qadınlarda miqren xəstəliyi kişilərə nisbətən daha çox olur. Miqrenli xəstələr düzgün və sağlam qidalanmalı, ac qalmamalıdırlar. Bol su içmək, idmanla məşğul olmaq, bu mümkün deyilsə, açıq havada gəzmək, yuxu rejiminə diqqət yetirmək, yuxusuz qalmamaq, stressi artıran hadisələrdən uzaq olmaq lazımdır. Narahat edən hava şəraiti zamanı isə evdən çıxmamaq məsləhətdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1280   Tarix: 17 oktyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

həkim məsləhəti kosmetoloq geymler 2026 ciyer qovurmasi xolesterini azaldan qidalar toyuq buglamasi vannalar kosmetika heyati birlik haqqinda sperma 8 mart kökəlmək üçün