Pandemiya dövründə kontakt linza istifadəsi təhlükəlidir?

Pandemiya dövründə kontakt linza istifadəsi təhlükəlidir?Koronavirusun həm də gözlər vasitəsilə yayıldığı məlumdur. Günümüzdə çoxlu sayda insan kontakt linzalardan istifadə edir. Bəs linzalar COVID-19-un yayılmasına səbəb ola bilərmi?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyevanın hazırladığı məqaləni təqdim edir:
Kontakt linzalar müxtəlif məqsədlə təyin və istifadə olunur. Gözün qarası, yəni buynuz qişa üzərinə qoyulmaqla ya görmə zəifliyini korreksiya edən optik, ya buynuz qişada olan yara və defektləri "örtmək, sarğı" məqsədilə terapevtik yaxud da göz "bəbəyinin" (qüzehli qişanın) rənginin fərqlə görünməsi məqsədilə kosmetik  linzalar  yüksək həssaslıqla gigiyena qaydalarına riayəti tələb edir. Linza istifadəçiləri linzaya toxunmazdan əvvəl əllərini sabunla yumalıdırlar, linzaların saxlanıldığı konteyner qabları tez-tez yumalı və linzaların saxlanıldığı mayeni həftədə bir dəyişdirməli,eləcə də uzun müddətli istifadə üçün hazırlanmış linzaları da öz mayelərilə  yumalıdırlar. Hətta linzalardan istifadə olunmadığı vaxtlarda da bu qaydalara riayət olunmalıdır.
Optik linza istifadəçilərinə ev şəraitində eynək korreksiyasına keçmələri, həftədə bir gün linzadan ümumiyyətlə, istifadə etməmələri tövsiyə olunur. Gecə linzalarla yatmaq, heç bir halda linza ilə dəniz və hovuza girmək, suya dalmaq olmaz. Belə ki, linzalara hopmuş mikrohissəciklər, bakteriyalar, hovuz suyundakı kimyəvi qatqılar gözdə iltihaba, buynuz qişa yaralarına səbəb olur. Bu baxımdan çox diqqətli olmaq məsləhət  görülür. İnfeksiya keçirmiş  gözlərdə olan linzaların təkrar istifadəsi isə yolverilməzdir, xəstəlikdən sağalmış gözlərin reinfeksiyasına səbəb ola bilər. Belə halda onları yeniləmək məsləhətdir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, COVİD 19 xəstəliyinə linza istifadə etməklə yoluxma halları qeydə alınmayıb. Lakin bu linza istifadəçilərini arxayın etməməlidir. Firavan dövrdə gigiyena qaydalarına tam əməl olunmaq tələb olunurdusa , pandemiya dövründə  daha da diqqətli şəkildə icra olunması tələb edilir.
Pandemiya dövründə əgər oftalmoloqlar zərurət olmadığı halda optik  linza istifadə etməməyi məsləhət görürsə, kosmetik linzaların istifadəsi nə dərəcədə düzgündür?! Xüsusilə 1dəfəlik istifadə üçün nəzərdə tutulmayan kosmetik linzalar təhlükəli ola bilər.
Pandemiya dövründə Linza istifaçilərinə profilaktika məqsədilə tərkibində konservant olmayan süni göz yaşı damlaları məsləhət görülür. Eynək istifadəçilərinə eynəklərini axar su altında adı maye sabunla yuyub ,qoruyucu maye spreylərlə təmizləyib, mikrofibro salfet-dəsmalla qurulamaq tövsiyə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1833   Tarix: 11 iyul 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

gozel gorunmek gelinlikler geyim dəbləri zərdəçal sizanaqlara qarsi maska necə tez arıqlayım burcler 2026 kosmetika birlik hakisda uşaq şeirləri heyati buga burcu