Pandemiya zamanı süfrənizdən bu qidaları əksik etməyin! Ağciyərləri gücləndirirlər

Pandemiya zamanı süfrənizdən bu qidaları əksik etməyin! Ağciyərləri gücləndirirlərQidalanma və Pəhriz Mütəxəssisi Ayşə Sena Binöz balanslı qidalanmanın və immunitet sistemini gücləndirən qidaların qəbul edilməsi ağciyər infeksiyalarının qarşısının alınmasında və ciyərlərin güclü olmasında əsas rol oynadığını deyib.
Qadinklubu.com xəbər verir ki, Ayşə Binöz ağciyəri gücləndirməyə kömək edən qidaların adın açıqlayıb.
Banan
Bananın zəngin kalium tərkibi ağciyər sağlamlığı, funksiyası üçün çox vacibdir. Bir tədqiqat göstərir ki, xüsusilə uşaqlıqda yetərli qədər kalium qəbulu ağciyər funksiyasını və tutumunu artırmağa kömək edir. Buna görə də qəlyanaltılarda kalium mineralları ilə zəngin olan bananı qəbul etmək daha yaxşı təsir edir.
Pomidor
Pomidor ağciyərin sağlamlığı üçün faydalı olan karotinoidlər və likopinlə zəngindir.
Tədqiqatlar göstərir ki, pomidor qəbul edən astma xəstələrində tənəffüs yollarının iltihabı azalır. Siqaret çəkənlər arasında aparılan bir araşdırmada pomidor daha çox yeyən şəxslərin ağciyər funksiyasında yaxşılaşma müşahidə edilib. Pomidoru zeytun yağı ilə yemək faydalıdır. Bu antioksidant likopinin təsirini artırır.
Sarımsaq
C vitamini, selenyum, kalium və kalsiumla zəngin sarımsağın əsas aktiv maddəsi olan allisin immun hüceyrələri gücləndirir. Antimikrob və antiviral təsiri sayəsində bakterial və viral infeksiyalara qarşı da qorunma təmin edir.
Bunlarla yanaşı tərkibindəki əsas aktiv maddə olan allisin ağciyərlərin təmizlənməsinə kömək edir və ağciyər infeksiyasına səbəb olan bakteriya və virusları öldürməkdə böyük iş  görür. Həmçinin diyetoloq sarımsağın çeynənərək, əzilərək və ya dilimlənərək qəbul edilməsinin daha xeyirli olduğunu bildirib:
"Sarımsağın həddindən artıq yeyilməsi allergik reaksiyalara və qanaxmalara səbəb ola bilər. Hər gün 2-3 kiçik diş qəbul etmək kifayyətdir".
Zeytun yağı
Zeytun yağı, polifenolləri və E vitamini ilə antiinflamatuar antioksidanlar mənbəyi kimi tanınır.  Pəhrizində daha çox zeytun yağı istifadə edən astma xəstələrinin ağciyər funksiyalarında yaxşılaşmalar müşahidə edilib. Doymamış yağ turşuları və E vitamininin bir forması olan tokoferol ağciyərin daha yaxşı işləməsinə kömək edir.
Qırmızı kələm
Lif, C vitamini və A vitamini ilə zəngin olan qırmızı kələmin tərkibində yüksək miqdarda kalium, az miqdarda dəmir, maqnezium, kalsium və fosfor var. Həm də antioksidan xüsusiyyətlərini göstərərək immunitet sistemini dəstəkləyən zəngin bir karotenoid və antosiyanin mənbəyidir.
Qırmızı kələm yüksək miqdarda lif var. Tədqiqatlar göstərir ki, yüksək lif qəbul edən şəxslərin, az miqdarda lif qəbul edənlərə nisbətən ağciyər funksiyası daha yaxşıdır.
Qatıq
Qatıq  zülal, kalsium, fosfor və B qrupu vitaminləri ilə zəngin bir qidadır. Araşdırmalar göstərir ki, qatığın tərkibi ağciyər funksiyasını yaxşılaşdırmağa kömək edə bilir. Bir araşdırmaya görə, daha yüksək kalsium və fosfor qəbulu ağciyərin funksiyasını yaxşılaşdırır.
Balqabaq
Balqabaq ağciyər sağlamlığını inkişaf etdirən alfa və beta karoten, lutein və zeaksantin kimi karotenoidlərlə zəngin bir qidadır.
Diyetoloq balqabağın iltihab əleyhinə xüsusiyyətlərinin zərərli maddələri zərərsizləşdirdiyini və bədən hüceyrələrini zədələməsinin qarşısını aldığını qey edib:
"Balqabaq eyni zamanda lif, A vitamini, C vitamini, E vitamini, folat və dəmir tərkibi ilə immunitet sistemini dəstəkləyir. Daha yüksək qan karotenoid səviyyəsinin yaxşı ağciyər funksiyası ilə əlaqəli olduğunu göstərir.
Çuğundur
Çuğundur A və C vitaminləri, kalium və kalsium kimi minerallarla zəngindir. Rəngini verən betalain, yüksək səviyyədə antioksidan xüsusiyyətlərini göstərərək ağciyərin funksiyasını optimallaşdırır. Çuğundur eyni zamanda ağciyər funksiyasını yaxşılaşdıran nitratla zəngin bir qidadır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1741   Tarix: 26 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sade makiyaj sekilleri maskalar qadin sayti qadın məsləhətxanaları əli əmirli praktik badimcan tursusu hazirlanmasi kosmetika bürcler ariqlamaq ariqla cinsi elaqe nagillar