Pandemiya zamanında süfrənizdə olmalı 10 QİDA

Pandemiya zamanında süfrənizdə olmalı 10 QİDABütün dünya üzrə COVID-19 pandemiyasına qarşı mübarizə ilə məşğul olan tədqiqatçı alimlər, həkim - infeksionistlər, virusoloqlar, ümumiyyətlə, mütəxəssislər bildirirlər ki, düzgün qidalanma, normal yuxu rejimi, gigiyenik qaydalar koronavirusun müalicəsini tezləşdirən mühüm amillərdən biridir. Balanslı qidalanma və immunitet sistemini gücləndirən qidaların qəbul edilməsi ağciyər infeksiyalarının qarşısının alınmasında və ciyərlərin güclü olmasında əsas rol oynayır.
Milli.Az Lent.az-a istinadən ağciyəri gücləndirməyə kömək edən qidaların adını təqdim edir:
Banan
Bananın zəngin kalium tərkibi ağciyər sağlamlığı, funksiyası üçün çox vacibdir. Bir tədqiqat göstərir ki, xüsusilə uşaqlıqda yetərli qədər kalium qəbulu ağciyər funksiyasını və tutumunu artırmağa kömək edir. Buna görə də qəlyanaltılarda kalium mineralları ilə zəngin olan bananı qəbul etmək daha yaxşı təsir edir.
Pomidor
Pomidor ağciyərin sağlamlığı üçün faydalı olan karotinoidlər və likopinlə zəngindir. Tədqiqatlar göstərir ki, pomidor qəbul edən astma xəstələrində tənəffüs yollarının iltihabı azalır. Siqaret çəkənlər arasında aparılan bir araşdırmada pomidor daha çox yeyən şəxslərin ağciyər funksiyasında yaxşılaşma müşahidə edilib. Pomidoru zeytun yağı ilə yemək faydalıdır. Bu antioksidant likopinin təsirini artırır.
Sarımsaq
C vitamini, selenyum, kalium və kalsiumla zəngin sarımsağın əsas aktiv maddəsi olan allisin immun hüceyrələri gücləndirir. Antimikrob və antiviral təsiri sayəsində bakterial və viral infeksiyalara qarşı da qorunma təmin edir. Bunlarla yanaşı tərkibindəki əsas aktiv maddə olan allisin ağciyərlərin təmizlənməsinə kömək edir və ağciyər infeksiyasına səbəb olan bakteriya və virusları öldürməkdə böyük iş görür.
Zeytun yağı
Zeytun yağı, polifenolləri və E vitamini ilə antiinflamatuar antioksidanlar mənbəyi kimi tanınır. Pəhrizində daha çox zeytun yağı istifadə edən astma xəstələrinin ağciyər funksiyalarında yaxşılaşmalar müşahidə edilib. Doymamış yağ turşuları və E vitamininin bir forması olan tokoferol ağciyərin daha yaxşı işləməsinə kömək edir.
Qırmızı kələm
Lif, C vitamini və A vitamini ilə zəngin olan qırmızı kələmin tərkibində yüksək miqdarda kalium, az miqdarda dəmir, maqnezium, kalsium və fosfor var. Həm də antioksidan xüsusiyyətlərini göstərərək immunitet sistemini dəstəkləyən zəngin bir karotenoid və antosiyanin mənbəyidir. Qırmızı kələm yüksək miqdarda lif var. Tədqiqatlar göstərir ki, yüksək lif qəbul edən şəxslərin, az miqdarda lif qəbul edənlərə nisbətən ağciyər funksiyası daha yaxşıdır.
Qatıq
Qatıq zülal, kalsium, fosfor və B qrupu vitaminləri ilə zəngin bir qidadır. Araşdırmalar göstərir ki, qatığın tərkibi ağciyər funksiyasını yaxşılaşdırmağa kömək edə bilir. Bir araşdırmaya görə, daha yüksək kalsium və fosfor qəbulu ağciyərin funksiyasını yaxşılaşdırır.
Balqabaq
Balqabaq ağciyər sağlamlığını inkişaf etdirən alfa və beta karoten, lutein və zeaksantin kimi karotenoidlərlə zəngin bir qidadır. Balqabaq iltihab əleyhinə xüsusiyyətlərinin zərərli maddələri zərərsizləşdirdiyini və bədən hüceyrələrini zədələməsinin qarşısını alır. Balqabaq eyni zamanda lif, A vitamini, C vitamini, E vitamini, folat və dəmir tərkibi ilə immunitet sistemini dəstəkləyir. Daha yüksək qan karotenoid səviyyəsinin yaxşı ağciyər funksiyası ilə əlaqəli olduğunu göstərir.
Çuğundur
Çuğundur A və C vitaminləri, kalium və kalsium kimi minerallarla zəngindir. Rəngini verən betalain, yüksək səviyyədə antioksidan xüsusiyyətlərini göstərərək ağciyərin funksiyasını optimallaşdırır. Çuğundur eyni zamanda ağciyər funksiyasını yaxşılaşdıran nitratla zəngin bir qidadır.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 2054   Tarix: 17 aprel 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

toy makiyajlari yemek reseptleri donlar 2026 makiyaj balıq yağı usaq saclarinin yigilmasi süfrə bəzədilməsi kosmetika azerb clpaq qadinlari burcler baliq qadin saglamlig qiz adlari