Pandemiyadan sonra toy qiymətini artıracaq
Əməkdar artist Abbas Bağırov pandemiyadan sonra toy qiymətini artıracaq.
Open.az xəbər verir ki, müğənni bu barədə "10-da görüşək" proqramına qonaq olarkən deyib. Sənətçi bildirib ki, hər şeyin məbləği dəyişib:
"Bu gün nəyin qiymətində artım yoxdur? Başa düşə bilmirəm, musiqiçi nə ilə qidalanır? Hava ilə qidalanmır.
Mahnılar, kliplər, aranjimanlar var. Onların qiyməti dəyişmirsə, heç nəyin qiyməti dəyişmir. Müəyyən tədbirlərdə musiqi avadanlıqlarımız olur, onlar köhnəldikcə yenisi alınır, musiqiçilərin alətləri yenilənir. Biz onları alırıq ki, insanlar keyfiyyətli musiqini dinləsinlər. Avadanlıqlara manatla ikiqat artıq pul veririk.
Ola bilər ki, kiminsə yetərincə vəsaiti var, jest edib, təklif irəli sürmək istəyir. Amma bu, hamıya və şəxsən mənə şamil deyil. Çünki məndən savayı mənimlə birlikdə çalışan 20 nəfər işçi və onların da ailələri var. İstəyirəm ki, onlar yaxşı dolansın. Yaxşı musiqiçi yaxşı qonorar alır. Onun səninlə çalışması üçün müəyyən məbləğlər ödənilməlidir".









Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?