Payız-qış aylarında özümüzü infeksiyalardan necə sığortalaya bilərik? - DİETOLOQ XƏBƏRDARLIĞI

Payız-qış aylarında özümüzü infeksiyalardan necə sığortalaya bilərik? - DİETOLOQ XƏBƏRDARLIĞIHəkim Ləman Süleymanova koronavirus pandemiyası səbəbilə elan edilən karantin müddətində əhali arasında kökələnlərin kəskin artdığını bildirib.
Milli.Az bildirir ki, ekspert publika.az-a verdiyi müsahibədə payız aylarında xəstəliklərdən qorunma yollarından söz açıb. O bildirib ki, görülən tədbirlərlə yanaşı, sağlam qidalanma sayəsində insanlar özünü koronavirusdan sığortalaya bilər. Həkim-terapevt həmçinin COVID-19-dan sağalan xəstələrin qidalanması barədə vacib tövsiyələr verib.
- Ləman doktor, payız aylarında immun sistemini gücləndirmək üçün nə etməliyik? Xəstəliklərdən qorunmaq üçün qidaların rolu nə qədərdir?
- Kəskin respirator virus, xüsusilə COVID-19 infeksiyasından insanın özünü bir növ sığortalaması üçün ilk növbədə "antivirus sistemi"ni gücləndirməliyik. Bu sistem insan doğulan andan etibarən çalışmağa başlayır. "Antivirus" dediyim bu funksiya nədir? Bu, insanın özünü ətraf mühitin infeksiyasından qorumasını təmin edən maddələr mübadiləsi deyilən təbii mexanizm və daxili energetika balansıdır.
Sağlam qidalar insan həyatı üçün əhəmiyyətlidir, hamilə qadın düzgün qidalanmalıdır ki, doğulacaq körpəsi genetik xəstəliklərdən sığortalansın, daha sağlam olsun. Yuxu rejimi və fiziki akivlik də insan sağlamlığının keşiyində dayanan əsas amillərdən biridir. Çünki bütün bunlar metabolizmanı və ya daxili "antivirus sistemi"ni gücləndirməyə xidmət edir. Odur ki, özümüzü xəstəliklərdən qorumaq istəyiriksə, sağlam qidalanmalıyıq, bütün vacib olan maddələri qidalardan almalıyıq.
Bu gün dünyada arıqlamaq üçün milyonlarla insan pəhriz saxlayır, təəssüf ki, onların çoxu düzgün qidalanmır. Xüsusilə qadınlarımız özünü ac saxlayır və heç nə yemirlər ki, fit bədənə sahib olsunlar. Bu yanlış həyat tərzidir. İstər meyvə-tərəvəz, ağartı, bitkilər, istərsə də ət məhsullarından əldə edilən maddələr orqanizm üçün olduqca vacibdir. Maddələr mübadiləsi çalışmalıdır ki, "antivirus sistemi" işlək vəziyyətdə olsun.
- Demək istəyirsiniz ki, sağlam qidalanmayan insanlar virusun tələsinə daha tez düşür?
- Əlbəttə ki, virusa yoluxan insanların böyük əksəriyyəti sağlam qidalanmayanlardır. Dünya virusdan əzab çəkdiyi bir dövrdə biz çətin vəziyyətdən çıxmağı bacardıq. Təbii ki, bütün qayda-qanunlara riayət etdik, Operativ Qərargahın verdiyi möhtəşəm işlər nəticəsində böyük irəliləyişlər əldə etdik, özümüzü sığortaladıq.
Hazırda vəziyyət yaxşılaşmağa doğru getsə də, bilirik ki, payız ayları kəskin respirator infeksiyaların yayıldığı bir dövrdür. Odur ki, biz sağlam qidalanaraq özümüzü sığortalamağa çalışmalıyıq. Lazım olan maddələri qidalardan alsaq, immun sisteminin virusa qarşı müqavimətini artıra bilərik. Bu halda hətta virus bədənə daxil olsa da, münbit şərait görmədiyi zaman fəaliyyət göstərə bilmir, sağalma prosesi sürətlənir və beləliklə bədən bu xəstəliyə qalib gəlir.
Amma düzgün qidalanmayan, gün ərzində demək olar ki, heç nə yeməyən insanlar xəstəliyə həm asanlıqla yoluxa bilir, həm də xəstəliyi ağır keçirir. Xüsusilə siqaret çəkən və içki içən insanların ağız boşluğunun selikli qişasında immun sisteminin qoruyucu hüceyrələri öz aktivliyini itirir. Onların istənilən virus infeksiyasına yoluxmaq ehtimalı daha yüksəkdir. Bundan əlavə, COVID-19-un adi qripdən fərqli olaraq bir neçə mərhələsi var. Tibbə məlum olmayan qorxulu tərəflərinin də olduğu bildirilir. Qorxulu tərəfi odur ki, bir qrup insanda testin nəticələri pozitiv çıxsa da, onlarda virusun heç bir əlaməti özünü göstərmir.
- Virusa yoluxan insanlar sağaldıqdan sonra necə qidalanmalıdır?
- Bu xəstəliyi keçirən insanlar xüsusilə diqqətli olmalıdır. Birincisi, immun sistemi qətiyyən zəifləməməlidir, orqanizm zəifləyərsə, xəstəlik yenidən aktivləşə bilər. Həmçinin düzgün qidalanmaq və maye qəbulunun rolunu xüsusilə qeyd etməliyəm. Vitamin və minerallar səhərlər orqanizm tərəfindən daha yaxşı mənimsənildiyi üçün meyvə-tərəvəzi səhər saatlarında qəbul etməyi tövsiyə edirəm. Bu, immun sisteminin də yaxşı çalışmasına təsir edəcək.
Koronavirusdan sağalan xəstələrin səhər menyusunda qırmızı ət mühüm yer tutmalıdır. Qırmızı əti 07:15-dən 11:15-ə qədər yemək lazımdır. Çünki orqanizmdən dəmir və protein ən çox səhər saat 8 və 9 radələrində mənimsənilir. Ümumiyyətlə istənilən faydalı qidanın tərkibindəki faydalı maddələr orqanizm tərəfindən səhər saat 11-ə qədər mənimsənilir.
- Payız rasionuna daha hansı qidaları mütləq daxil etməliyik?
- Ətlə yanaşı Omeqa-3 yağ turşuları ilə zəngin olan çərəzlər, balıq əti menyuda üstünlük təşkil etməlidir. Meyvə-tərəvəzə də üstünlük verməyə çalışın. Sitrus meyvələrinin tərkibindəki C vitamini immun sistemini dəstəkləyir. Eləcə də menyuda mütləq alma olmalıdır. Almanın istənilən sortu ola bilər, lakin yaxşı olardı ki, onu da səhər saatlarında yeyəsiniz.
Axşamlar yeyilən meyvə şəkər xəstələrində qanda şəkəri artıra bilsə də, səhər saatlarında yeyilməsinin qorxusu yoxdur.
- Ölkəmizdə pandemiya ilə əlaqədar aylarla karantin rejimi elan olundu, bu bəla hələ də ötüşməyib. İdman zalları açılmayıb, insanlar aktiv həyatdan uzaqlaşmaq məcburiyyətində qaldı. Bu kimi amillər əhalinin çəkisinə necə təsir etdi, statistik göstəricilər nə deyir?
- Statistika göstərir ki, kökələnlərin sayı həddən artıq çoxalıb. Hətta 60-70 kq kökələnlər var. Sual verirəm ki, karantin müddətində bu qədər çəkini necə almısınız... Cavab verirlər ki, yeyib yatırdıq. Karantin köklüyə bəhanə olmamalıdır. Burda karantinin heç bir rolu yoxdur, insanlar özləri öz səhhətlərinə biganə yanaşıb. Səhər tezdən durub ən azından evdə məşq etmək olar.
- Hansı saatlarda idman edilməlidir?
- Yaxşı olardı ki, günəş çıxana yaxın, günəş çıxandan bir saat sonra, günəşin batmasına 15 dəqiqə qalmış və günəşin batmasından bir saat sonra. Günəş çıxandan bir saat sonra metabolizmanın sürətləndiyi dövrdür, amma metabolizma zəiflədiyi dövrdə də etmək lazımdır ki, bədən gümrah olsun.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1562   Tarix: 15 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

donlar 2026 sac duzumleri hamiləlik həyat stili maskalar hicablar qadin tumani kosmetika rəksanə maraqlı tanisliq bayraq toyuq salati