Pəhriz saxlamadan və aclıq etmədən necə arıqlamaq olar?

Pəhriz saxlamadan və aclıq etmədən necə arıqlamaq olar?Diyetoloqların sözlərinə görə, hədsiz məhdudiyyətlər olmadan arıqlamağın yolu kalori balansının necə işlədiyini dərk etməkdir.
Britaniya diyetoloqları Sara Bokxart və Riannon Lambert "The Sun" nəşrinə müsahibələrində deyiblər ki, arıqlamağın aclıq saxlamaq və hər şeydə özünə məhdudiyyət qoymaq olduğu barədə təsəvvürlər yanlışdır. Mütəxəssislər vurğulayıblar ki, bədəndə piyin itirilməsi yalnız kalori çatışmazlığı ilə nəticələnir. Digər sözlə, siz aldığınızdan çox kalori itirdikdə arıqlayırsınız.
Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, ekspertlərin bildirdiyinə görə, kalori balansını idarə etməyi öyrəndikdə, sağlam çəkiyə malik olmaq və aclıq etməyə məruz qalmayaraq qaməti qoruyub saxlamaq olar.
Diyetoloqlar kalori çatışmazlığının yaranması sayəsində pəhriz saxlamadan və aclıq etmədən nəyin kömək etdiyini dəqiqləşdiriblər.
Daha çox hərəkət etmək. Ekspertlər gündəlik fərdi hərəkət fəaliyyətini artırmağı məsləhət görürlər. "Piyin əridilməsi üçün hərəkət etmək lazımdır. Siz, yemək hazırlamaq, tozsoranla ev yığışdırmaq, zibil tullamaq, evdə səpələnmiş əşyaları, oyuncaqları toplamaq və sair kimi gündəlik vəzifələri yerinə yetirərək, daha çox hərəkət etməyə başlaya bilərsiniz. Gün ərzində bütün bu hərəkətlər əhəmiyyətsiz görünə bilər, lakin söhbət bədəndə piyin azaldılmasından gedəndə, məhz hər saat edilən kiçik hərəkətlər əhəmiyyət kəsb edir", - deyə diyetoloq Sara Bokxart vurğulayıb.
Daha çox sağlam qida qəbul etmək. Diyetoloq Riannon Lambert arıqlayan insanlara qarşılarına daha az miqdarda yemək qəbul etməyi məqsəd qoymaq əvəzinə, rasionda daha çox sağlam və faydalı qida məhsullarını daxil etməyi məsləhət görür. Tibb işçisi bildirir ki, tərkibində təbii, tam və emal edilməmiş qida məhsulları olan çeşidli qidalanma bağırsaq mikrobiomunun vəziyyətini yaxşılaşdırır, bu da arıqlamaq və çəkinin saxlanması üçün olduqca vacibdir.
Lifin istehlakını artırmaq. Arıqlayan insanların rasionuna dənli bitkilər, qoz-fındıq və toxumlar, paxlalılar daxil olmalı. Bu qida məhsullarının lifi daha uzun müddət aclıq hiss etməmək və daha az miqdarda qida qəbul etməyə kömək edir.
Daha çox yatmaq. Sağlam gecə yuxusu ac qalmadan bədənə piyi əritməyə kömək edir. Bunun üçün ən azı yeddi saat yatmaq lazımdır. Daha az yatan insanlarda beyin sürətli enerjiyə can atan sinir siqnalları tərəfindən stimullaşdırılır. Nəticə olaraq, şirniyyat və digər karbohidrat məhsullarına tələbat yaranır.
Su içmək. Orqanizmin yaxşı nəmləndirilməsi də vacibdir, çünki o yeməkdə olan qida məhsullarının daha yaxşı həzm edilməsinə kömək edir, bu da uzunmüddətli toxluq hissini formalaşdırır.
Məşq etmək. Ürək döyüntüsünü artıran məşğələlər bədənin kalori sərf etdiyi enerji sərfini də artırır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1314   Tarix: 11 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

aksessuarlar toy makiyajlari toy makiyaji sekilleri körpələrdə süni qidalar peçenyelər seks hekayəsi alt geyimləri kosmetika qızlıq pərdəsi pehriz buga burcu novruz bayramına aid hakıştalar vətənə aid atalar sözləri