Pəhriz üçün bu vasitələr xərçəng yaradır - Ehtiyatlı olun!

Pəhriz üçün bu vasitələr xərçəng yaradır - Ehtiyatlı olun!Artıq çəkidən azad olmaq və həmişə formada qalmaq hər bir qadının arzusudur. Xanımlar bu arzularını gerçəkləşdirmək üçün müxtəlif üsullardan istifadə edir. İdmanla məşğul olmağa və pəhriz saxlamağa tənbəllik edən qadınlar isə daha asan üsullara əl ataraq arıqlama dərmanları qəbul edirlər.
Hər gün televiziya ekranlarında və müxtəlif lövhələrdə reklamları ilə rastlaşdığımız bu dərmanlar apteklərdə reseptsiz satılır. Bu arıqlama vasitələrini apteklərdə bitki çayları, kofe və həblər şəklində görmək olar.
Mütəxəssislər gözəl görünmək xətrinə arıqlama həblərindən istifadə edənlərə dəfələrlə xəbərdarlıq edərək bildiriblər ki, bu dərmanlar orqanizmdə fəsadlar yarada, hətta ölümə səbəb ola bilər.
Milli.Az Trend-ə istinadən bildirir ki, həkim-konsultant Yazgül Abdiyevanın dediyinə görə, arıqlama dərmanları vasitəsilə çəki atmaq məsləhət deyil:
"Dərman onu qəbul edəndən sonra mədədə parçalanır və mərkəzi sinir sisteminə toxluq siqnalı gedir. Əslində isə insan özü ac olur. Bu dərmanlar əsasən on beş gün, ya da bir ay qəbul edilir, həmin müddət ərzində adam özünü tox hiss edir, yemək yemir və arıqlayır, amma dərmanın qəbulu bitəndən sonra yenə aclıq hissi yaranır və insan yenə əvvəlki kimi yeyir, nəticədə kiçilmiş mədə yenidən böyüyür. Arıqlama dərmanları təyin olunmuş miqdardan artıq istifadə olunduqda insanın səhhətində müəyyən problemlər yaradır".
Y.Abdiyeva qeyd edib ki, bu preparatlar sinir sistemində müəyyən pozuntular, mədə və bağırsaqda problemlər yarada bilər. Bu dərmanlardan istifadə edən qadınlarda ginekoloji xəstəliklər, sonsuzluq, hətta xərçəng müşahidə oluna bilər. Onlardan istifadə edənlərdə daha çox sinir sisteminin pozulması və mədədə yara olur:
"Dietoloqlar arıqlamaq üçün iradəni gücləndirmək, düzgün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmağı məsləhət görürlər. Artıq kilolardan azad olmaq istəyən qadınlara tövsiyələr budur ki, orqanizmdə toxluq hissi yaratmaq üçün yeməkdən əvvəl ilıq su içsinlər. Bu, mədədə toxluq hissi yaradır və insan az yemək yeyir. Səhər yeməyindən imtina da yanlış fikirdir, səhər yeməyi çox vacibdir. Naharda da istənilən yeməyi qəbul etmək olar, amma axşamlar çalışmaq lazımdır ki, yemək az yeyilsin və daha çox meyvə, tərəvəzə üstünlük verilsin".
Y.Abdiyeva əlavə edib ki, arıqlama dərmanlarının çoxunun təlimatlarında onların istifadəsi ilə bağlı məlumatlar yoxdur və yaxud qeyri-dəqiqliyə yol verilir. Vətəndaşlar da sadəcə reklamlara baxaraq onları alıb istifadə edirlər və nəticədə də fəsadlar yaranır:
"Arıqlama üçün istifadə edilən dərmanlar öz təsir mexanizmləri ilə fərqlənirlər. Onların bəziləri piylərin həddindən artıq yanmasına, toxluq hissi yaratmağa, iştahın azalmasına xidmət edir. Bəziləri isə süni surətdə bədəndə katabolizmi gücləndirir, orqanizmdə maddələr mübadiləsini sürətləndiyindən bədəndəki yağlar daha çox əriyir. Bu vasitələrin bəziləri isə oyandırıcı təsirə malikdir. Belə dərmanlar orqanizmdə duz mübadiləsini pozur, uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qidalanma düzgün olmadıqda orqanizmdə əvəz olunmayan amin və yağ turşusunun konsentrasiyası aşağı düşür. Bədəndə əvəz olunmayan amin turşuları, yağlar var ki, onlar qəbul edilməyəndə maddələr mübadiləsi pozulur".
Həkim-konsultant əlavə edib ki, bu zaman psixi təsirlər də baş verir və onların çoxu bərpa olunmur.
Arıqlama prosesinin həkim nəzarəti altında olmasını vacib sayan Y.Abdiyevanın sözlərinə görə, xaricdə arıqlama dərmanları az hallarda reseptsiz satılır: "Bizdə də isə bu dərmanların hamısı sərbəst şəkildə satışa buraxılır və nəticədə də xeyli problemlər yaşanır, lakin onun statistikası verilmir. Nəzarət olmadan, məsləhətləşmədən tanınmayan dərmanı qəbul etmək tamamilə məqsədəuyğun deyil".
Y.Abdiyeva deyib ki, arıqlama zamanı orqanizmdə çox ciddi proseslər gedir. Orqanizm çəki itirdikcə, ilk olaraq depolaşmış piylər əriyir. Bununla yanaşı, bədəndə zülal istehsalı azalır, amin turşuların, zülalların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir, bu proseslərin çoxu geridönməz hal alır, nəticədə orqanizm çox ciddi bir duruma məruz qalır və sonradan bunları bərpa etmək çətinləşir. Eyni zamanda daxili orqanların sallanması halları baş verir. Ona görə də bu kimi dərmanların özbaşına qəbul edilməsi yolverilməzdir.
Y.Abdiyeva bildirib ki, arıqlama dərmanları ishal yaradır, amma içməyəndə qəbizlik yaranır. Bu da zamanla yoğun bağırsağın xərçənginin yaranmasına gətirib çıxara bilər.
O əlavə edib ki, arıqlama üçün istifadə olunan fenilpropanolamin və kofein tərkibli preparatlar insanda hipertenziya yaradır, yəni qan təzyiqini yüksəldir. Bütün arıqlama dərmanları psixoz, asılılıq, baş ağrıları, aritmiya (nəbzin qeyri-müntəzəmliyi), hətta ürək tutmaları və infarkta gətirib çıxara bilər. Qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar isə bədəndə çox su itkisinə səbəb olur. Bu dərmanlar hətta böyrək çatışmazlığı kimi ağır xəstəliklərə də səbəb ola, eyni zamanda depressiya da yarada bilər.
Y.Abdiyeva əlavə edib ki, arıqlama üçün tətbiq edilən pəhrizlər də orqanizmdən asılı olaraq fərqləndirilməlidir:
"İlk növbədə pəhrizin əsas məqsədi bədəndə toplaşan, əlavə yük yaradan maddələrin orqanizminə daxil olmasının qarşısını almaqdır. Yəni çalışılmalıdır ki, artıq kalorilər və həmin maddələr rasionda olmasın və yaxud müəyyən qədər olsun. İkinci məsələ budur ki, bəzən rasionda hansısa bir maddənin çatışmaması orqanizmi məcbur edir ki, depolaşmış piyləri həmin maddəyə çevirsin. Yəni pəhrizlərin bir xüsusiyyəti passiv yolla depolaşan həmin maddələrin miqdarını azaltmaq, digər rolu isə orqanizmi prosesə qoşaraq piyləri təkrar istehsala, zülal və digər maddələrin istehsalı üçün xammala çevirməkdən ibarətdir. Bu da sonda arıqlama ilə müşahidə olunur. Ona görə də bunların hamısı həkim nəzarəti altında olmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2031   Tarix: 13 fevral 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

qadin dunyasi aksessuarlar kosmetika mehsullari hind filmleri ari mehsullari bal maskasi uz ucun şirin xəmir işləri kosmetika novruza aid hakışta bahar novruza aid hakistalar bayraq google