Pəhrizin düşmənləri: bu tərəvəzlər arıqlamağa mane olur
Bir çox pəhrizlərin tərəvəzləri məsləhət görməsinə baxmayaraq, onlardan elələri var ki arıqlamaq istəyən insanlar üçün bir xeyri yoxdur.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu nəticəyə Harvard Universitetinin alimləri gəlib.
20 il ərzində davam edən sınaqlarda iştirak edən insanlar iki qrupa bölünüb.
Hər qrup üçün xüsusi qida rasiyonu hazırlanıb.
Sınaqda iştirak edən insanların bir hissəsi nişasta ilə zəngin tərəvəzlər, digəri isə əsasən göyərti ilə qidalanırdı.
Alınan nəticələrə əsasən, nişasta ilə zəngin tərəvəzlər arıqlamağa kömək etmir.
Alimlər qeyd edir ki, qida rasiyonunda bu tərəvəzlərin azaldılması sağlamlığa təhlükə yaratmır.
Beləliklə, pəhriz tutan insanlar üçün kartof, lobya, qarğıdalı və noxud kimi tərəvəzlər bir xeyir vermir.
Alimlər onlardan birdəfəlik imtina etməyi məsləhət görməsə də, rasiyonda saylarının azaldılmasını tövsiyyə edirlər.
Milli.Az /news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Dünyanın ən gözəl qadını seçildi
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin