Peşə allergiyaları

Peşə allergiyalarıPeşə allergiyaları kimyəvi maddələrlə təmas halında işləyənlərdə, tozlu iş yerlərində çalışan adamlarda daha çox rast gəlinir. Bu cür şərtlər altında işləyən adamlarda aşağıdakı əlamətlər müşahidə olunur:
- asqırma
- öskürmə
- nəfəs çatışmazlığı
- bəlğəmli öskürək.
Peşə allergiyasının müalicəsi digər allergiya müalicələri ilə eynidir. Sadəcə olaraq peşə allergiyasını törədən səbəbdən uzaq durmaq xəstəliyin əlamətlərinin aradan qalxmasına səbəb olur. Hətta vaxtında allergiyanı törədən səbəbdən uzaq dururularsa, müalicəyə də ehtiyac qalmaz. Vaxtında və düzgün qoyulmuş diaqnoz xəsəlikdən tez yaxa qurtarmağa yardım edir.
Peşə allergiyası insanlarda bronxit, ağırlaşmalar zamanı isə astma xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Belə xəstələr daima xırıltılı nəfəs alır və burunlarında tutulma olur.
Peşə allergiyasına diaqnoz qoymaq heç də çətin deyil. Belə adamlar iş günlərində özlərini pis hiss edirlər və iş günlərində onlarda allergiya əlamətləri müşahidə edilir. Amma istirahət günlərində onlar özlərini tam sağlam hiss edirlər. Allergiyaya səbəb olan maddələr həssas adamlara bir gündə və ya uzun illər müddətində yavaş-yavaş təsir gəstərə biir. Allergiyaya səbəb olan maddələr aşağıdakılar ola bilir:
- tük, saç, heyvan dərisi, kürk
- boyalar, yapıdığıcı maddələr, laminat və anhidritlər
- dezinfeksiyaedici maddələr və digər kimyəvi maddələr
- paroşok və şampunlar
- platin, xrom, nikel, sulfat
- kauçuk, lateks, pambıq, un, kətan, çovdar, buğda
- tərkibində xlor, kükürd, dioksid kimi maddələr olan kimyəvi birləşmələr.
Peşə allergiyasına risk altında olan adamlara aşağıdakılar aiddir:
- ailəsində allergiya xəstəsi olanlar
- allergiyaya meyilli olanlar
- immuniteti zəif olanlar.
Aşağıdakı peşələr allergiyaya səbəb ola bilir:
- heyvanlarla işləyənlər
- taxta və mebel sexlərində işləyənlər
- dəyirmanda və şirniyyat sexlərində işləyənlər
- xalı toxuyanlar
- tarlada işləyənlər
- bərbərlər
- tibb işçiləri
- farmaseftlər
- dənizdə işləyənlər
- rəngsazlar
- tekstildə işləyənlər
- plastik məmulatlarla işləyənlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1067   Tarix: 28 avqust 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

turlar.az

maskalar yaz geyimleri 2026 makiyaj instagram sobada toyuq qizartmasi kişi xəyanət permanent makiyaj varikosel kosmetika novruz bayramına aid hakışda bedii edebiyyat vətənə aid burcler haqqinda pomidor