Peyvənddən sonra fəsadların qarşısını almaq üçün... MƏSLƏHƏTLƏR

Peyvənddən sonra fəsadların qarşısını almaq üçün... MƏSLƏHƏTLƏRSon zamanlar bəzi valideynlər uşaqlara peyvəndlərin vurulmasından imtina edir. Bu çox təhlükəli haldır. Bununla valideyn tək öz uşağını deyil, digər uşaqları da təhlükə altına salır.
Səbəb kimi valideynlər peyvənddən sonra "reaksiya"lardan qorxduğunu göstərirlər.
Lakin statistika göstərir ki, 99,9% hallarda peyvənddən sonra mümkün olan fəsadların səbəbi peyvənd yox, uşaq orqanizminin xüsusiyyətləri və bir çox hallarda uşağa düzgün olmayan baxımdır.
Peyvəndlərdən sonra mümkün olan fəsadları minimuma çatdırmaq üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır:
1. İlk növbədə peyvənd yalnız tam sağlam uşaq oluna bilər. Əgər uşaq vaksinasiyaya yaxın 1 ay ərzində heç bir ciddi xəstəlik keçirməyibsə, vaksinasiya günü uşaqda hər hansı xəstəlik, zökəm, öskürək, səpgilər, hərarət, ishal, qəbizlik yoxdursa, uşaq peyvənd oluna bilər. Lakin hər halda peyvənddən əvvəl uşaq mütləq həkim tərəfindən müayinə olunmalıdır.
Soyuqdəymə, qripp, digər infeksion xəstəliklikdən sonra 1 ay gözləmək lazımdır. Daha tez vurulan peyvənd müxtəlif ağırlaşmaların inkişafına səbəb ola bilər.
2. Peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən 1 gün sonra uşağı həddindən artıq yedizdirməyin. Bağırsaq nə qədər az yüklənərsə, o qədər yaxşıdır. Uşağa kifayət qədər maye virin.
Peyvənddən 1 gün əvvəl, peyvənd günü və bir neçə gün sonra (1 həftəyə qədər) uşağa yüksək allergiya xüsusiyyətlərinə malik olan qida məhsulları (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şokolad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlar və s.) vermək olmaz.
Körpə uşaqların qidalanmasına peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən təxminən 1 həftə sonra yeni qidaları daxil etmək olmaz.
3. Peyvənd olunduqdan sonra uşağı soyuqdəymədən, infeksiyalardan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq lazımdır. Bu məqsədlə uşağı dükana, uşaq baxçasına, teatra və s. yerlərə aparmayın.
4. Bütün peyvəndlər üçün müəyyən əks-göstərişlər mövcuddur: əvvəlki peyvəndə qarşı güclü reaksiya və ya postvaksinal fəsadlar, ilkin immunodefisitlər, onkoloji, autoimmun, proqressivləşən sinir sistemi xəstəlikləri, allerqik xəstəliklər. Bunu mütləq nəzərə almaq lazımdır.
5. Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək fəsadları haqqında ətraflı məlumat almalı və lazım olduqda dərhal həkimə müraciət etməlidir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 2046   Tarix: 02 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geyim necə seçməli yay kolleksiyasi sade makiyaj sekilleri cinsəl sağlamlıq pehriz pol breqq hakista xina yaxdi kosmetika hesaplama novruza aid hakistalar webnem tovuzlu vidyolar gəncə