Pirsinq etdirməzdən əvvəl bilməli olduğunuz risklər - Həkim AÇIQLADI
Pirsinqlər son illərdə moda halına gəlsə də, bir çox sağlamlıq risklərini daşıyan bir prosedurdur. Bu cür bədən dəyişiklikləri ciddi infeksiya, yara və digər fəsadlarla nəticələnə bilər.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı dermatoloq Sona Məmmədova bildirib ki, pirsinq əməliyyatının düzgün sterilizasiya edilməməsi infeksiya riskini artırır:
"İnfeksiya nəticəsində yaranan şişlik və ağrı, bəzən cərrahi müdaxilə tələb edə bilər. Pirsinqin yerləşdiyi nahiyə də xüsusi diqqət tələb edir. Xüsusilə ağzın, qulağın və burun bölgələrinin pirsinqi, bəzən ciddi anatomi problemlərə yol aça bilər. Pirsinqlər həmçinin dəri reaksiyalarına, allergiyalara səbəb ola bilər. Bəzən bədən pirsinqi zamanı istifadə olunan metallara qarşı allergiya inkişaf edə bilər. Üstəlik, bədənin müəyyən hissələrində pirsinqin zədələnməsi və qanama baş verməsi mümkündür. Həmçinin, pirsinqlər bəzi tibbi prosedurları çətinləşdirə bilər".
Həkim qeyd edib ki, psixoloji baxımdan isə pirsinqi düşünmədən etdirmək bədənin müxtəlif hissələrinə mənfi təsir göstərə bilər. Yəni, bəzən insanlar gələcəkdə pişmanlıq hissi keçirə bilər. Pirsinqlər həm də sosial münasibətlərdə bəzi çətinliklərə yol açaraq insanların bədənlərinə olan münasibətlərinə təsir edə bilər.
Asya
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO