Piylənmənin səbəbi bu deyilmiş
Piylənmənin bir çox səbəblərdən yarandığı məlumdur. Artıq çəkinin daha çox irsi amillərlə bağlı olduğu hər zaman müzakirə mövzusu olub. Genetik amilin artıq çəkinin yaranmasında rolunun olduğunu əsas gətirənlər hesab edir ki, nəsildə artıq çəki problemi varsa, bu mütləq özünü büruzə verəcək.
Amma ABŞ alimləri müəyyən ediblər ki, piylənmənin inkişafı genetik meyldən yox , daha çox həyat tərzindən asılıdır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Miçiqan Universiteti və Massachusetts Xəstəxanası Tədqiqat Mərkəzinin əməkdaşlasrı 25 il ərzində ürək-damar xəstəliklərinin səbəbləri ilə bağlı araşdırma apararaq 2500 amerikalıdan alınan məlumatları təhlil ediblər.
Alimlər, bədən kütləsi indeksindəki dəyişiklikləri izləyib və riyazi modellərdən istifadə edərək hər bir iştirakçı üçün DNA-ya əsaslanaraq köklük riskini qiymətləndiriblər.
Nəticədə, ətraf mühit amillərinin (sosial amil də daxil olmaqla) artıq çəki riskinə 80%, genetikanın isə cəmi 13,6% təsir etdiyi təsbit olunub.
Bununla yanaşı, alimlər istisna hal kimi nadir irsi xəstəliklərin də piylənmyə səbəb olduğunu qeyd ediblər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir