Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edin

Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edinAqressiv üz gərmə əməliyyatları ciddi fəsadlara səbəb ola bilər və onlardan birmənalı şəkildə çəkinmək lazımdır.
Milli.Az xəbər verir ki, bu barədə gazeta.ru plastik cərrahlara istinadən yazıb.
Qeyd edilib ki, bir anda 10-15 il cavan görünməyə çalışmaq tez-tez "maska effekti" yaradır: "Belə hallarda üz həddindən artıq dartılmış, təbii olmayan, daim təbəssüm edən bir ifadə alır. Üstəlik, limfa axınının pozulması nəticəsində ödem və digər ağırlaşmalar yarana bilər. Əvəzində daha məqsədli və yumşaq texnikalarla yalnız ayrı-ayrı sahələrin korreksiyası daha effektiv olur və üz cizgilərinin fərdiliyini qoruyur".
Bildirilir edib ki, rinoplastika da yüksək dəqiqlik və anatomiya biliyi tələb edən mürəkkəb əməliyyatlardandır.
"Yanlış icra olunan rinoplastika nəfəs almaqda çətinlik, simmetriya pozğunluğu və digər estetik qüsurlara səbəb ola bilər. Əgər qərarınızdan əmin deyilsinizsə və uzun reabilitasiya dövrünə hazır deyilsinizsə, bu əməliyyata razılıq verməyin. Xüsusilə də, dəbdə olan ifrat dərəcədə qısa və dik burun formasına can atmaq çox vaxt süni və gülməli nəticələr verir", deyə nəşr yazıb.
Həkimlər bədənin müxtəlif nahiyələrində - döş, omba və digər hissələrdə implantla həcm artırılmasının da riskli olduğunu vurğulayır:
"Nəzarətsiz həcm artırmaları çapıqlara, infeksiyalara, hətta onkoloji xəstəliklərə qədər gedib çatan ağırlaşmalar yarada bilər".
İstənilən estetik müdaxilə öncəsi risklər və üstünlüklər hərtərəfli dəyərləndirilməli, bir neçə mütəxəssislə məsləhətləşmələr aparılmalı və anlayışlı qərar verilməlidir: "Əsas məqsəd qeyri-real gözəllik standartlarına çatmaq deyil, zahiri görünüşdə harmoniya yaratmaq olmalıdır". (Qaynarinfo)
Milli.Az

Xəbərlər     Baxılıb: 1264   Tarix: 24 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

turlar.az

hamilelikde qidalanma kosmetoloq sade makiyaj sekilleri kekslər geyim şəkilləri doğuş uzum sirkesinin hazırlanması qaydasi kosmetika atalar sözləri irem derici şəhid dieta turpun nağlı