Plastik əşya panikası: Evdəki bütün qabları dəyişdirmək lazımdır?

Plastik əşya panikası: Evdəki bütün qabları dəyişdirmək lazımdır?"Plastik əşyaların xərçəng şişinin inkişafına səbəb olması nəzəriyyəsi heç kim tərəfindən sübut edilməyib".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin Klinik Onkologiya İnstitutunun baş elmi işçisi, tibb elmləri namizədi Yevgeni Çeryomuşkin bildirib.
Onun sözlərinə görə, bu materialın istehsalına başlamazdan əvvəl çoxlu araşdırmalar aparılır:
"Orqanizmimizə düşən mikroskopik elementlərin birbaşa müəyyən bir şişin yaranmasına səbəb olduğunu heç kim sübut etməyib. Şübhəsiz ki, plastikin bir hissəsi orqanizmimizə düşür, lakin hələlik evdəki bütün plastik əşyaları dəyişdirmək üçün panikaya düşmək lazım deyil. Hər hansı bir şeyin istehsalına başlamazdan əvvəl çoxlu araşdırmalar aparılır. Heç kim bunun mümkün olmadığını inkar etmir - hər halda sintetik materialdır, lakin hələlik bu deyilənlər əsasən şayiələrdir".
Mütəxəssis vurğulayıb ki, plastikin xərçəngin inkişafına təsiri ilə bağlı müzakirələr hələ də davam edir.
"Hələlik istifadə edilməsi mümkün olmayan bəzi plastik növlərinin mövcud olduğu dəqiq məlumdur. Kanserogen effektə malik kimyəvi maddələr ifraz edən materialın hətta qab-qacaq istehsalında istifadəsinə məhdudiyyətlər qoyulur", - deyə onkoloq vurğulayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1400   Tarix: 09 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var

Aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri ilə ön plana çıxan bir tərəvəz son dövrlərdə mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən qidalar arasında yer alır. Tərkibindəki faydalı komponentlərlə yanaşı, sağla

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsin

.

Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün

Soyuq içkilərlə birlikdə istifadə olunan plastik pipetlər olduqca geniş yayılıb. Plastik pipetlərin demək olar ki, hər kəs tərəfindən istifadə edilməsi isə sadəcə ətraf mühitin çirklənməsinə səbəb olmur. Mütəxəssislər tez-te

.

Zehni rahatlıq üçün bu qaydalara əməl edin

Sosial şəbəkələrin yaratdığı təzyiq, gərgin iş qrafiki və gündəlik həyatın artan məsuliyyətləri bir çox insanın özünü zehni cəhətdən tükənmiş hiss etməsinə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, daimi onlayn olmaq v

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

turlar.az

hamiləlik hamilelikde qidalanma geyim və ayaqqabılar qarağatın faydaları şir bürcü bagirsaqlari temizlemek ucun yay paltarlari 2026 kosmetika dieta tut ağacı tutdudu novruz hakisdalari oxu az muellim seiri