Plastik ləyəndə yaşayan qız öldü-FOTO
Gənc qızın 6 aylıqkən bədəni inkişafdan dayanıb
Nigeriyada plastik bir qabda 19 il yaşayan qız həyatını itirib. İstiPress-in məlumatına görə, Rahma Haruna sağlam körpə kimi doğulub. Lakin 6 aylıq olarkən bədənin böyüməsi və inkişafı dayanıb.
"Daily Mail"in məlumatına görə, plastik ləyəndə həyatını keçirməyə məhkum olan qızın bütün ehtiyacların anası qarşılayıb.
Gənc qız qolları və ayaqları olmamasına rəğmən həyat eşqi ilə dünya mətbuatının gündəminə gəlmişdi. Rahmayı sosial media 10 yaşlı qardaşı Fahad fotolarını paylaşdıqdan sonra tanımışdı.