Pomidor orqanizmi xərçəngin hansı növlərindən qoruyur? - Alimlər açıqladı
Pomidorun tərkibindəki "likopen" adlı piqment ümumi xərçəngə tutulma riskini və ağciyər xərçəngindən ölmə ehtimalını azaldır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Tehran Tibb Elmləri Universitetinin alimləri müəyyən ediblər.
Araşdırmanın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.
Likopenin terapevtik effektivliyini qiymətləndirmək üçün alimlər bu mövzuda əvvəllər dərc edilmiş 121 araşdırmanı təhlil ediblər. Onlar aşkar ediblər ki, bu təbii maddənin yüksək istehlakı ümumi xərçəng riskinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilir.
Pəhrizlərində ən yüksək miqdarda likopen olan iştirakçılar xərçəngdən ən yaxşı şəkildə qorunublar. Meta-analizə görə, bu bitki piqmentinin qandakı səviyyəsinin hər 10 mkq/dL artışı ümumi xərçəng riskini 5% azaldır.
Likopen istehlakı ilə prostat xərçəngi riskinin azalması arasında güclü əlaqə tapılıb. Bundan əlavə, tədqiqatçılar qanda likopenin yüksək səviyyədə olmasının ağciyər xərçəngindən ölüm riskini də azaltdığını müəyyən ediblər.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi