Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdiPrezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Xanim.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Xalqımız həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilib. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur. Mübarək Ramazan günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı dərgahında qəbul olunmasını arzu edirəm.

Bu il Ramazan ayı ölkəmizin həyatında bir sıra əlamətdar hadisələrlə eyni vaxta təsadüf edib. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi, eyni zamanda, etnik-dini dözümlülük, dinlərarası həmrəylik və əməkdaşlıq məkanı olan ölkəmizin sivilizasiyalararası dialoq forumları kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi hazırkı narahat dünyamızda Azərbaycan dövlətinin sülh və təhlükəsizlik işinə verdiyi dəyərli töhfələrdir. Biz bəşəriyyətin gələcəyini hədəf alan hər cür qlobal təhdid və təhlükələrə qarşı ardıcıl mübarizəmizi, dialoq və həmrəylik təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik.

Əziz bacı və qardaşlarım!

Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğu ilə keçirilən orucluq mərasimləri cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir. Bu əziz bayram günlərində bir daha hər birinizi, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram!

Ramazan bayramınız mübarək olsun!"

Xəbərlər     Baxılıb: 1774   Tarix: 24 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

adlarin menasi maskalar kosmetika mehsullari klyos donlar 2026 maraqlı faktlar bilinçik resepti plov reseptləri kosmetika nağıllar baliq veten tanisliq əfsanələr