Prezident TAPŞIRIQ VERDİ: Birdəfəlik YARDIM VERİLƏCƏK

Prezident TAPŞIRIQ VERDİ: Birdəfəlik YARDIM VERİLƏCƏKNoyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada yanğın baş vermişdi. Baş vermiş faciə nəticəsində 4 nəfər ailə üzvü həlak olmuş Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşovun ailəsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, birdəfəlik maddi yardım ayrılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov dekabrın 16-da dövlət tərəfindən ayrılmış birdəfəlik maddi yardımı Əkbər Babaşova təqdim edib. Gəray Fərhadov onunla söhbətində baş vermiş faciəvi hadisədən dərindən kəndərləndiyini bildirib.

Komitədən Qadinsayti.az-a verilən məlumata görə, söhbət zamanı Gəray Fərhadov qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. O, həmçinin bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı və yanğın baş vermiş həmin ərazinin özəl şirkətlərin biri tərəfindən alındığı üçün hazırda Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılır. Gəray Fərhadov Prezident İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə edib.

Həmin gün fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə əlaqələndirilən humanitar təşkilatlardan biri olan "Gəncliyə Yardım" fondu tərəfindən Əkbər Babaşovun ailəsinə müvafiq ev əşyaları təqdim edilib.

Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşov baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində atılan addımlara görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirib.

Xəbərlər     Baxılıb: 4091   Tarix: 21 dekabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

adlarin menasi qadın geyimi makiyaj etmek qaydalari vannalar viktoriya sekret geyim 2026 qadinlarda cinsi isteksizlik kosmetika englishdilində qulaq namiq qaraçuxurlu uzeyir hacibeyli gəncə xərçəng bürcü