Prezidentdən XƏBƏRDARLIQ: "Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın!"
Yanvarın 30-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Konfransda çıxış edən Prezident İlham Əliyev məmurlara növbəti dəfə mesajlar ünvanlayıb.
"Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır",-deyə ölkə başçısı vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür:
"Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır". (modern.az)









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Kəpəyi yox edən təbii üsullar
Qabığında elə faydası var ki
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Ağamirzə: 'Gənclər nəsihətə qulaq asmır
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
İspaniya Avroviziyanı yayımlamaqdan İMTİNA ETDİ
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər