Prezidentin qızları Bakı marafonunda - FOTO
Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2017" keçirilir.
Xanim.az xəbər verir ki, xeyriyyə məqsədi daşıyan tədbirə ümumilkdə 13 mindən çox iştirakçı qeydiyyatdan keçib. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, 200-ə dək əcnəbi vətəndaşda qoşulub.
Marafonun ən yaşlı iştirakçısı bu vaxtadək müxtəlif ölkələrdə 40-dək marafona qoşulan 78 yaşlı Tarverdi Əliyevdir. Marafon Dövlət Bayrağı Meydanından saat 10:00-da start götürüb.
Qeyd edək ki, "Bakı Marafonu-2017" yarışının mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və sertifikatlarla təltif ediləcəklər.
Marafonda Leyla, Arzu Əliyeva bacıları, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Mədət Quliyev, Təhsil naziri Mikayıl Cabbarov və Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov da iştirak edib.














Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir