Professor koronavirusun kişilərə daha bir ZƏRƏRİNİ açıqladı

Professor koronavirusun kişilərə daha bir ZƏRƏRİNİ açıqladıİstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər üzrə kafedra müdiri Server Serdaroğlu yeni növ koronavirus epidemiyasından sonra saç tökülməsi probleminin artdığını qeyd edib.
Milli.Az xəbər verir ki, professor mükəmməl genetikaya sahib olan insanlarda bir telin 5-6 il ömrünün olduğunu qeyd edib. Saç ifraz edən kökün daha sonra istirahət mərhələsinə keçdiyini bildirən Serdaroğlu bu müddətin 4 ay davam etdiyini bildirib:
"Hər gün təxminən 70-80 saç teli istirahətə getməli, yəni tökülməlidir. Tökülən saç teli 100-120-dən çox olarsa, problem var deməkdir. Qeyri-sağlam qidalanma, əməliyyat, stress, hormonal disbalans, sürətli köklük, bəzi dərmanlar və daxili orqan xəstəlikləri saç tökülməsinə səbəb ola bilər. Son günlərdə saç tökülməsi ilə əlaqədar klinikalarımıza müraciət edənlərin sayında ciddi artım var. Düşünürəm ki, koronavirus bu sayın artmasına təsir göstərir. Pandemiya dövründə istifadə edilən bəzi dərmanlar saç tökülməsini artıra bilər. Bundan başqa kişilərdə stressdən qaynaqlanan saç tökülməsində də şiddətlənmə var.
Bir çox insan uzun müddət evindən çölə çıxa bilmədi, bəziləri maddi çətinliklə üzləşdi, bəziləri işdən çıxarıldı. Yaşlıların və gənclərin sosial həyatı məhdudlaşdı. Bu müddətdə saç tökülməsinə səbəb ola biləcək bir çox stress faktorları meydana gəldi".
Professor qeyd edib ki, dəmir, fol turşusu, sink, B12 və biotin saçlara təsir edən vitamin və minerallardır:
"Qırmızı ət həftədə 2-3 dəfə yeyilməlidir. Ətin tərkibində həm B12, həm də dəmir var. Göyərti və tərəvəzlərin tərkibində fol turşusu olduğu üçün mümkün qədər çiy halda yeyilməlidir. Balıqda da fol turşusu var". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1469   Tarix: 14 iyul 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

gozel gorunmek gelinlikler geyim dəbləri zərdəçal sizanaqlara qarsi maska necə tez arıqlayım burcler 2026 kosmetika birlik hakisda uşaq şeirləri heyati buga burcu