Prokurorluqdan Nigarın ölümü ilə bağlı - AÇIQLAMA

Prokurorluqdan Nigarın ölümü ilə bağlı - AÇIQLAMAYasamal Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, 1993-cü il təvəllüdlü Nigar Tahir qızı Vahabovanın ölüm faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ölümün səbəbinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. Bununla əlaqədar məhkəmə-tibbi ekspertizası təyin olunub.

Prokurorluqdan həmçinin bilidiblər ki, hələlik N.Vahabovanın ölümü ilə bağlı heç kim saxlanılmayıb.

Qeyd edək ki, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, 23 yaşlı Nigar Vahabovanın fevralın 8-i saat 19 radələrində yaşadığı Yeni Yasamal 2, bina 5 ünvanında meyidi aşkar edilib. İlkin ehtimala görə, o intihar edib.

Xatırladaq ki, Report-un əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Nigar Vahabovanın sevgilisi olmuş 33 yaşlı B.Ə. istintaqa cəlb edilib. Agentliyin yazdığına görə, məlum olub ki, B.Ə. ailəli olub. O, bir müddət əvvəl məhz N.Vahabovaya görə həyat yoldaşından boşanıb.

Bununla yanaşı, o da məlum olub ki, N.Vahabovanın anası onların evlənmələrinə razı olmayıb.

Azərbaycan Kooperasiya Universitetinin maliyyə fakültəsində təhsil alan N.Vahabovanın təhsil haqqını ödəyə bilmədiyi də məlum olub.

Onun sevgilisi ilə bağlı yaranmış durum və maddi problemlərlə bağlı intihar etdiyi ehtimal edilir.

Bildirək ki, Nigarın bacısı Aytac Vahabova İctimai Televiziyada redaktor vəzifəsində işləyir.

Aytac Vahabova bacısının ölümü ilə bağlı atv.az-a bildirib ki, bəzi saytlar bacısının ölümü ilə bağlı səhv, yalan məlumatlar yayırlar: "Bacım sadəcə getmək istədi, getdi, səbəbsiz. Heç nə demədi. Bütün günü əlaqəmiz olub, mənə yazırdı, gülürdük, danışırdıq. Hər şey yaxşı idi, bir anın içində oldu.

Deyirlər, guya maddi problemi olub. Necə maddi problem ola bilər ki onun? Özünə maşın almaq üçün behini vermişdi, 3 gün əvvəl universitetin təhsil haqqını ödəmişdi, qiyabi oxuyurdu. Bizim ailəmiz elə ailədir ki, heç vaxt söz-söhbət olmur. Hamımız digərimiz üçün canımızı verməyə hazırıq. Sadəcə onun da alın yazısı bu qədər imiş. Həyatında heç kim yox idi, yəni sevgilisi, danışdığı. Sadəcə karyera qurmağı düşünürdü".

Xəbərlər     Baxılıb: 2515   Tarix: 10 fevral 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?

"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyə

turlar.az

həkim məsləhəti geyim necə seçməli kosmetika mehsullari çanta ayaqqabı uşaq xəstəlikləri aciq zedelenmeler yaralar paxla cigirtmasi kosmetika pomidor toy gecesi qoğalın nağlı tut ağacı tutdudu ariqla